Ev / Sənədlər / Qərarlar / DAK xarici bölmələrini gücləndirir

DAK xarici bölmələrini gücləndirir

Image ”Dünya Azərbaycanlıları Konqresi yenidən təşkilatlanma prosesini keçir. özəlliklə Rusiyada, Türkiyədə, Azərbaycanda və Ukraynada nümayəndəlikləri gücləndirməyə çalışırıq. DAK_ın yeni saytını güclü formada yaratmaq yönündə işlər görürük”. Bunu açıqlamasında DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə deyib. Şura sədri deyib ki, DAK həmsədrləri Güneydə baş verənləri, Qarabağ məsələsiylə bağlı məlumatları yazılı şəkildə beynəlxalq təşkilatlara çatdırmaq yönündə fəaliyyətlərini davam etdirirlər. Ə.Tağızadə deyib ki, yaxın günlərdə konqresin həmsədrləri hazırladıqları sənədlə birgə Amerikaya yollanacaqlar: ”Corc Vaşinqton İnstitutunda və Amerika Konqresində dinləmələr olacaq. Güneydə baş verənləri, millətin durumunu, həbsdə saxlanılanlara qarşı aparılan assimilyasiya siyasətini konqresmenlərə çatdırmağa çalışacağıq”. Ə.Tağızadənin dediyinə görə, Nyu-York şəhərində Türkiyənin konsulluğunun rəhbərliyilə görüşlər nəzərdə tutulub. DAK rəsmisi deyib ki, həmsədrlər Kaliforniyada və Los-Ancelesdə yaşayan soydaşlarımızla və diaspora nümayəndələrilə görüşlər keçirəcək.

Həmçinin bax!

DAK-da yeni təyinatlar oldu

Qurumdaxili Katiblik formalaşdırıldı və bir sıra nümayəndəliklərin rəhbərləri təyin edildi Dünya Azərbaycanlıları Konqresinin (DAK) işinin ...

Kommentera