Ev / Xəbərlər / DAK təşkilati xəbərlər / DAk üreyimize DAĞ çekip !

DAk üreyimize DAĞ çekip !

(Bülent Gürçam 18-19 Nisan İstanbul)

Yazını olduğu kimi paylaşırıq – DAK Mətbuat Xidməti

Tam 18 ildir qurulub, muxdəlif ölkələrdə 13 qurultay edib (!) Gəl gör bu 13 qurultayda nə filmlər dönüb ! Hansından başlayım ? Bilmirəm, bir neçəsində olmuşam, bir ara lap Belçika numayəndəsi olmuşam, özünü Dünya Azərbaycanlılarının ən böyük qurumu sayan bu təşkilat rəhbərlərinin hamısını tanımışam, bir birimizlə sohbətlər etmişik, bir neçə dəfə onlar tərəfindən sədrliyə namzədliyim irəli sürülüb, qəbul eləməmişəm, ancaq hər zaman tənqid eləmişəm, saysız hesabsız yazılarım çap olunub, həm qurumun adıynan bağlı, həmdə o qurumda özlərini sədr kimi qələmə verənlər haqqında, nə oyunlarına şahid olmuşam və bunların hamısını yazmışam, arxivlərdə mövcuddur .

 

Bu qurum ağlınıza gələn nə qədər oyun varsa , hamısını oynayıb və oynamağa davam edir, bir tək Azərbaycana xıdmətdən başqa, ağlınıza nə gəlsə var bu qurumda !

19-21 nəfər arasında gedib gələn idarə heyəti, heç dəyişmir, bir birlərinin ətlərini yesələrdə, sümüklərini atmırlar.

Bir zamanlar Azərbaycanlılarla iş üzre Dövlət komitəsinin oyuncağı olan bu qurum, indi orayla ”itnən-Pişik” misali durumundadır. Ordan da ümidləri tükənən bu sözüm ona, DAk, yani ‘’Dünya Azərbaycanlıları kongresi’’ Olubdur, ’’ Dünya Azərbaycanlılarının üz qarası’’

Dünyayla heç bir əlaqəsı olmayan, Azərbaycanın üç-beş siyasi figürü (!) Üç-beş Güney Azerbaycanlı (bir birlerini İranın agenti olmaqla ittiham edenler) bir iki Müqenni, bir iki Tamada, bir iki boş Boğaz, Dünya Azərbaycalılarının taleyi ile, Otel lobbilerinde, biraz zarafat, biraz boş sohbet ve bir birlərinin öncə arxalarından söyüb, sonra üzlərinə gülüb, yola gedirler.

Oteller Pulsuz, yemək içmək zırnan, hər şey çox gözel, bir tək iş yox, eləcə gedirik. Yani bir Türk sözü misalının təbiri ilə desək ‘’Minmişik bir aləmətə, gedirik qiyamətə’’

Mənə maraqlı gələn isə, niyə bu qurumun içində və ya bu qurumun xaricində olanlar, niyə bir dəfə də olsa bu qurumun gedişatı içinde olan pozuntuları acıqlamır, tənqid eləmir, nədən hərkəs susur, bu niyə hərkəsin işinə bu cür gelir ?

Əsl işi dünyadaki azərbaycanlıların problemleri , çətinlikləri, birləşmələri olması vacibliyini vurğulamaqkən, neden parçalanma, ayrı seçkilik ve iş fəaliyyətsizlik tərəfində durur ?

Bu qurumun Azərbaycan dövləti ilə problemi var, azərbaycanlılarla problemi var, heç bir fəaliyyəti yoxdur, ama özü var olmaq üçün, hər cür oyundan çıxır.

Soruşuram, heç bir işi olmayan və yenə təkrar edirəm, Dünyadaki heç bir beynəlxalq təşkilatla işi ve əlagəsi olmayan bu qurum, niyə bu adı iki əlnən tutub və buraxmır. İstanbulda 13 cü,sözüm ona qurultayı olan bu qurum, yenə bir birlərini təriflədilər ağız dolusu danışdılar, eynı adamları təkrar seçdilər, seçilməyənlər küsdülər,(hər zaman olduğu kimi) arada birazda ermənilərə söydülər, Turandan bəhs etdilər və də çox iş gördük yalanını, gözümüzün içinə baxa-baxa dediler, İstanbulda balıq çörək yedilər, birazda əyləndilər,bizimdə ürəyimizə, bir daha Dağ çəkib, xoşbəxt öz həyatlarına qayıtdılar.

 

 

Həmçinin bax!

“Qaynar Qazan”da Əjdər Tağızadə (I hissə): “Əbülfəz Elçibəydən soruşdum ki…”

Əjdər Tağızadə: “Azərbaycan 200 ildir parçalanıb” Əjdər Tağızadə ilə “iran adlanan yer”dən danışdıq – öz ...

Kommentera