Ev / Layihələr / Cari layihələr / DAK rəsmiləri ABŞ-a gedir

DAK rəsmiləri ABŞ-a gedir

Dağlıq Qarabağ və Güney məsələsi müzakirə olunacaq

ImageImage DAK həmsədrlər Sabir Rüstəmxanlı, Firidun Pərvizniya və Daimi Şuranın sədri Əjdər Tağızadə və İdarə Heyətinin bir neçə üzvü ABŞ-a səfər edəcək. Səfər çərçivəsində bir sıra rəsmilərlə görüşlər də nəzərdə tutulub. Bu barədə məlumat verən DAK NTK-nın üzvü Samir Əsədli gələn həftə baş tutacaq səfərdə Azərbaycanın taleyüklü məsələləri-Xocalı soyqırımı, Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə təcavüzü, İran rejiminin Azərbaycan türklərinə qarşı apardığı siyasət bir süra yüksək dairələrdə müzakirə olunacaq. S.Əsədlinin dediyinə görə, müzakirə olunacaq məsələlər arasında Güneydəki soydaşlarımızın durumuna daha çox diqqət ayrılacaq. Məlumat üçün bildirək ki, hazırda səfərlə bağlı bir sıra hazırlıq işləri görülür.

Həmçinin bax!

DAK rəhbərliyi ABŞ-da Güney Azərbaycan problemini qaldıracaq

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya, eləcə də DAK Daimi Şurasının ...

Kommentera