Ev / Layihələr / Beynəlxalq layihələr / DAK rəhbərliyi Ukraynaya səfərə gedib

DAK rəhbərliyi Ukraynaya səfərə gedib

ImageImageImage

Mayın 16-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna nümayəndəliyinin təsis konfransı keçiriləcək. www.D-A-K.org -a daxil olan məlumata görə, bununla əlaqədar DAK həmsədri Sabir Rüstəmxanlı, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK İdarə Heyətinin üzvləri – Rəhman Abbasov, Tahir Hacıyev Ukraynaya gediblər. Səfər çərçivəsində DAK rəsmiləri Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi, Ukraynadakı Azərbaycan diaspor təşkilatlarıyla görüşlər keçirəcək. Eyni zamanda Ukrayna Ali Radasında, Ukrayna Xarici İşlər Nazirliyində, müxtəlif dövlət rəsmilərilə, mətbuat nümayəndələrilə görüşlər nəzərdə tutulub.

Kommentera