Ev / Layihələr / İcra edilmiş layihələr / DAK rəhbərliyi Borçalıda görüşlər keçirib

DAK rəhbərliyi Borçalıda görüşlər keçirib

ImageImageImage

Image

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK İdarə Heyətinin üzvü Səftər Rəhimlinin Gürcüstana səfəri davam edir. DAK həmsədri Sabir Rüstəmxanlı www.D-A-K.org -a açıqlamasında bildirib ki, onlar martın 15-də ulu türk yurdu Borçalının Sarvan (Marneuli) rayonunda ”Qeyrət” Xalq Hərəkatının fəal üzvləri və ziyalılarla görüşüblər.

Görüşdə ulu türk yurdu Borçalıda öz tarixi torpaqlarında yaşayan azərbaycanlıların problemləri müzakirə olunub: ”Mən Borçalıdakı soydaşlarımızın problemlərilə hərtərəfli tanışam. Dünya Azərbaycanlıları Konqresi ən böyük diaspor təşkilatı kimi Borçalı ilə əlaqələri möhkəmləndirməlidir. Tanış olduğumuz problemləri beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına çatdıracağıq. Gürcüstanda gedən islahatlar göstərir ki, burada demokratiyanın inkişafı istiqamətində ciddi addımlar atılır. Bütün bunlar azərbaycanlılara da aid olmalıdır. İkili standartlarla yaşamaq olmaz”. Bundan əlavə, həmin gün DAK rəhbərliyi Borçalıda 200 nəfərdən soydaşımızın iştirak etdiyi el ağsaqqalarıyla görüş keçirib. Onlar üzləşdiyi problemləri DAK rəhbərliyinin diqqətinə çatdırıb və onlardan bunların həlli üçün köməklik göstərilməsini istəyiblər. Eyni zamanda DAK rəhbərliyi ulu türk yurdu Borçalıda yas mərasimində iştirak edib. Qeyd edək ki, bütün görüşlərdə Gürcüstan parlamentinin deputatı Azər Süleymanov da iştirak edib.

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə Azərbaycanda səfərdə olan dünya şöhrətli ziyalı Rza Bərahani gənc yazarlarla görüşdü

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, ...

Kommentera