Ev / İnformasiya / Elanlar / DAK İran adlanan yerin səfirliyi qarşısında aksiya keçirəcək

DAK İran adlanan yerin səfirliyi qarşısında aksiya keçirəcək

Səbəb Urmiya gölünün quruma təhlükəsiylə üzləşməsidir

Image Aprelin 2-də saat 12.00-da Dünya Azərbaycanlıları Konqresi (DAK) İran adlanan yerin Azərbaycandakı səfirliyinin binası qarşısında güneyli soydaşlarımıza dəstək olaraq simvolik aksiya keçirəcək. www.D-A-K.org -a daxil olan məlumata görə, artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət də ünvanlanıb.

Sənəddə bildirilir ki, Güney Azərbaycanın quzey-qərbində və Xəzər dənizinin güneyində yerləşən Urmiya gölü son illərdə İrandakı mövcud hakimiyyətin apardığı məqsədyönlü siyasət nəticəsində quruma təhlükəsiylə qarşı-qarşıya qalıb: ”Halbuki bu göl dünyanın ikinci duzlu gölü kimi YUNESCO-da təbii xəzinə qeydiyyata alınıb. Ancaq əkinə yararlı torpaqların suvarılması üçün gölə axan təbii çayların istiqamətinin dəyişdirilməsi, çaylar üzərində xeyli sayda su bəndlərinin tikilməsi, gölün üzərindən Təbrizlə Urmiyanı birləşdirən körpünün çəkilməsi və s. nəticəsində hazırda göldə suyun səviyyəsi 7 mert aşağı düşüb. Bu göstərici isə kritik normadan 2 metr aşağıdır. Eyni zamanda Urmiya gölünün 150 hektarı artıq duz səhrasına çevrilib. 102 adası olan Urmiya gölü flaminqo və ağ pelikan kimi bir çox köçəri quşların yaylağı olmaqla bərabər, dünyanın nadir və qiymətli su canlılarından olan artmianın yaşayış məskənidir. Eyni zamanda Urmiya gölündə 546 növ bitki mövcuddur. Hazırda göldə yaşanan bu böhranlı vəziyyət artmianın, bir çox quşların sayının azalmasına səbəb olub və onların nəslinin kəsilməsi təhlükəsini artırıb. Ona görə də aprelin 2-də saat 12:00-da güneyli soydaşlarımız simvolik olaraq bir bardaq su ilə Urmiya körpüsündə toplaşacaq və hər kəs gətirdiyi suyu gölə tökməklə hökumətə etirazlarını bildirəcək, eyni zamanda Güney Azərbaycanda yaşanan ekoloji böhranı təbiəti mühafizə edən beynəlxalq təşkilatların diqqətinə çatdırmış olacaqlar. Həmin gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da soydaşlarımıza dəstək aksiyası keçirəcəklər”.

Həmçinin bax!

Aprelin 1-də DAK rəhbərliyi mətbuat konfransı keçirəcək

Tədbir ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktları və Urmiya gölününü quruması probleminə həsr ...

Kommentera