Ev / İnformasiya / Bəyanatlar / DAK İran adlanan yerin “dövlət televiziyası”nın Azərbaycan bayrağını təhrif etməsilə əlaqədar bəyanat verib

DAK İran adlanan yerin “dövlət televiziyası”nın Azərbaycan bayrağını təhrif etməsilə əlaqədar bəyanat verib

”Din pərdəsi altında Azərbaycanda öz məkrli siyasətini həyata keçirməyə çalışan fars şovinistləri ölkəmizdə terrorçu dəstələr, xüsusi cinayətkar qruplar yaradır, ”casus yuvası” qurur, narkotik qaçaqmalçılığını dəstəkləyir”

Image Oktyabrın 4-də İran adlanan yerin ”dövlət televiziyası” Azərbaycan Respublikasının dövlət bayrağını təhrif edib. ”Azərbaycan Respublikasında sionistlərin nəzarətində olan dövlət qurumları” başlıqlı və 4 dəqiqə 23 saniyə olan videomaterialın təqdimatında yer alan dövlət bayrağında səkkizguşəli ulduzun əvəzində İsrailin dövlət bayrağındakı altıgüşəli ulduzun simvolu verilib. Materialın məzmunu dövlət bayrağındakı təhrifin qəsdən, təhqir məqsədilə edildiyini göstərir. Bundan əlavə, materialda Azərbaycan Respublikasının dövlət rəsmiləri, siyasi partiya rəhbərləri və millət vəkillərinin də ünvanına təhqiramiz fikirlər səsləndirilib.
Dünya Azərbaycanlıları Konqresi (DAK) olaraq bildiririk ki, İran adlanan yer Azərbaycan Respublikasına qarşı təxribatlarından heç vaxt əl çəkməyib. Bundan əvvəl də fars şovinist rejiminin teleradioları, internet saytları dövlət rəsmiləri, ictimai-siyasi xadimlərimizin ünvanına təhqiramiz fikirlər səsləndirib, ay-ulduzlu, üçrəngli bayrağımızı təhrif edib. Eyni zamanda din pərdəsi altında Azərbaycanda öz məkrli siyasətini həyata keçirməyə çalışan fars şovinistləri ölkəmizdə terrorçu dəstələr, xüsusi cinayətkar qruplar yaradır, ”casus yuvası” qurur, narkotik qaçaqmalçılığını dəstəkləyir: ”Biz 50 milyondan artıq Azərbaycan türkünü özündə birləşdirən beynəlxalq təşkilat olaraq, İran adlanan yerin dövlət televiziyasının üçrəngli bayrağımızı təhrif etməsini Azərbaycan Respublikasına qarşı növbəti təxribat cəhdi kimi qiymətləndirir və fars şovinist rejiminin bu addımını kəskin şəkildə pisləyirik. İran adlanan yerin ”dövlət televiziyası”nın diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri olan ay-ulduzlu, üçrəngli bayraq Azərbaycan türklərinin ümid çırağıdır. Bu bayrağı təhrif etmək milyonlarla Azərbaycan türkünü təhqir etmək deməkdir. Bir də Azərbaycan-İsrail əlaqələri səmimi münasibətlər üzərində qurulub. Ancaq İran adlanan yer iki ölkə arasındakı əlaqələrin gündən-günə genişlənməsindən bərk narahatdır. Halbuki fars şovinist rejimi Azərbaycan torpaqlarını işğal etmiş təcavüzkar Ermənistana hərtərəfli dəstək verir, özü də əvvəllər İsraildən Makfarleyn adlı şəxs vasitəsilə xeyli silah-sursat alıb, bir ay bundan qabaq isə iki ölkəninin diplomatları görüşüblər”.

Həmçinin bax!

DAK iyunun 12-də İran adlanan yerdə keçiriləcək “prezident seçkisi”nə münasibətini açıqlayıb

İran adlanan yerdə ”prezident seçkisi”nə cəmi bir neçə gün qalır. Bildiyiniz kimi, bu ”seçki” ”Vilayəti ...

Kommentera