Ev / İnformasiya / Bəyanatlar / DAK İran adlanan yerdə cərəyan edən hadisələrlə bağlı bəyanat verib

DAK İran adlanan yerdə cərəyan edən hadisələrlə bağlı bəyanat verib

Image DAK İran adlanan yerdə prezident seçkisi ərəfəsində verdiyi bəyanatda indiki şəraitdə bu ölkənin normal demokratik seçki keçirməyə qadir olmadığını, zahiri alternativlik, mətbuat debatları və azad seçki görüntüsü altında mövcud fars şovinizminə xidmət edən bir oyunun oynanıldığını bildirmişdi. Seçki İran adlanan yerdə hakimiyyət uğrunda mübarizənin bütün gizli və açıq cəhətlərini, antixalq və antiislam mahiyyətini bir daha üzə çıxardı. İran adlanan yerdəki proseslərin bölgənin gələcək taleyi üçün əhəmiyyətli olduğunu nəzərə alan hər kəs burada baş verənləri narahatlıqla izləyir. Mitinqlərdə ölənlərin, yaralananların olması, bir çox hüquq müdafiəçisinin və seçki fəalının həbs edilməsi, kütləvi informasiya vasitələrinin prosesləri işıqlandırmasına yol verilməməsi seçkiöncəsi namizədlərin milli hüquqlar haqqında verdikləri vədləri puça çıxarmış və rejimin əsl mahiyyəti görünmüşdür. İran adlanan yeri bürüyən kütləvi mitinqlər təkcə seçkinin nəticələrilə bağlı deyil, bu, mövcud idarəetmədən, o cümlədən İran adlanan yerdəki millətlərə müxtəlif standartlarla yanaşmadan, assimilyasiya siyasətindən, mənəvi işğalçılıqdan boğaza yığılmış xalqın səbr kasasının daşmasıdır. Xalq bu şəkildə yaşamaq istəmir. Seçki bu həqiqəti bir daha üzə çıxartdı. Kütləvi narazılıqlar İran adlanan yerdəki millətlərin əsarət və cəhalətlə barışmayacağını göstərməklə, 1979-cu il inqilabından sonra ən böyük etiraz dalğasıdır, dünya ölkələrini qeyri-legitim hakimiyyəti qəbul etməməyə çağırışdır və ölkədə demokratiya uğrunda mübarizənin tərkib hissəsidir. DAK bu mübarizənin sivil şəkildə, demokratik prinsiplər əsasında getməsini istəyir, bu yolda soydaşlarımıza və İran adlanan yerdəki bütün millətlərə uğurlar arzulayır, ölkənin mövcud hakimiyyətini dinc əhaliyə qarşı repressiyalardan əl çəkməyə çağırır.

Həmçinin bax!

DAK iyunun 12-də İran adlanan yerdə keçiriləcək “prezident seçkisi”nə münasibətini açıqlayıb

İran adlanan yerdə ”prezident seçkisi”nə cəmi bir neçə gün qalır. Bildiyiniz kimi, bu ”seçki” ”Vilayəti ...

Kommentera