Ev / İnformasiya / DAK KİV-də / DAK “İnterfax”ı təkzib edir

DAK “İnterfax”ı təkzib edir

Əjdər Tağızadə: ”DAK Gürcüstan prezidenti Mixail Saakaşvilinin demokratiya səylərini və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir ”

Image Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəsmi Tiflisə qarşı bəyanatla çıxış etməsi barədə xəbərlər həqiqətə uyğun deyil. DAK İdarə Heyətinin üzvü, Daimi Şuranın sədri Əjdər Tağızadə bu sözləri DAK-ın prezident Mixail Saakaşvili əleyhinə çıxış edəcəyi barədə xəbəri Turana şərh edərkən söyləyib. O, qeyd edib ki, DAK qurum olaraq Gürcüstan prezidenti Mixail Saakaşvilinin demokratiya səylərini və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Ə.Tağızadənin sözlərinə görə, bu gün mətbuat konfransında söylədiyi fikirlər ”Interfax” agentliyi tərəfindən təhrif edilib. Ə.Tağızadə bu gün mətbuat konfransında DAK təmsilçilərinin bu yaxınlarda Cürcüstanda olacağı zaman təkliflərini Gürcüstan hökumətinə təqdim etməyi nəzərdə tutduğunu və bu təkliflərin Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllilə bağlı olduğunu söylədiyini bildirib. O, fikirlərinin təhrif edilmiş şəkildə ictimaiyyətə təqdim edilməsinin qardaş Türkiyə və Gürcüstanın Bakıdakı diplomatik dairələrində narahatlıq doğurduğunu bildirərək, bu açıqlamanı etməyi zərurət saydığını vurğulayıb.

Kommentera