Ev / İnformasiya / Bəyanatlar / DAK Nardarandakı hadisələrlə bağlı bəyanat verib

DAK Nardarandakı hadisələrlə bağlı bəyanat verib

Image Dünya Azərbaycanlıları Konqresi (DAK) Bakının Nardaran qəsəbəsində DAK həmsədri, VHP sədri, millət vəkili Sabir Rüstəmxanlıya ölüm fitvası çıxarılmasıyla bağlı bəyanat verib. www.D-A-K.org -a daxil olan məlumata görə, sənəddə bildirilir ki, cinayətkar fars şovinist rejiminin iç üzü Nardaranda bəzi geri qalmış adamların danşığında aşkara çıxdı:

”Ona görə də biz bu məsələni çox ciddiyə almalı və fars şovinistlərinin öz murdar əməllərini Quzey Azərbaycan Respublikasında da həyata keçirməsinə izn verməməliyik. çox təəssüf ki, Azərbaycan hökumətinin təmkinli rəhbərliyi İran adlanan yerə çirkin əməllərini həyata keçirmək üçün bəzi imkanlardan istifadə etməyə şərait yaradır. Eyni zamanda İranın ”Səhər” televiziyasının ölkə ərazisinə yayımının qarşısı alınmır. Fars şovinist rejimi İraq, Liviya, Əfqanıstan, Fələstin, Misir, Türkiyə və digər müsəlman dövlətlərində geri qalmış insanları pulla ələ alıb İslam adıyla öz çirkin əməllərini həyata keçirməyə çalışır. Biz DAK olaraq bəyan edirik ki, əgər konqresin həmsədri Sabir Rüstəmxanlının və ya hansısa bir azərbaycanlının başına iş gəlsə ilk məsuliyyət Azərbaycan hökumətinin üzərinə düşəcək. çünki Azərbaycan hökuməti öz vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir. Fələstin xalqını müdafiə etmək bəhanəsilə Sabir Rüstəmxanlıya ölüm fitvası çıxarılırsa, hökumət buna dərhal müdaxilə etməlidir. İslam adından istifadə edərək ölüm hökmü çıxaranlar bilməlidirlər ki, Fələstin uşaqlarının qətlində İsraillə yanaşı, İrana satılmış müxtəlif təşkilatlar da məsuliyyət daşıyır.
Bizim DAK olaraq Azərbaycan hökumətindən bir neçə istəyimiz var:
1.Sabir Rüstəmxanlının can güvənliyi qorunmalı, ölüm fitvası çıxaranlar məsuliyyətə cəlb olunmalıdır.
2.İran adlanan yerdəki mövcud rejimin casus yuvaları ləğv edilməlidir.
3.”Səhər” televiziyasının Quzey Azərbaycan Respublikasına yayımının qarşısını alınmalıdır.
4.Fars şovinist rejiminin Nardaranda məskunlaşmış və İslam adından istifadə edərək qəsəbə camaatını yoldan çıxaran adamarı zərərsizləşdirilməlidir”.

Həmçinin bax!

DAK İran adlanan yerdə cərəyan edən hadisələrlə bağlı bəyanat verib

DAK İran adlanan yerdə prezident seçkisi ərəfəsində verdiyi bəyanatda indiki şəraitdə bu ölkənin normal demokratik ...

Kommentera