Ev / Sənədlər / Qərarlar / DAK-ın Ukrayna nümayəndəliyi təsis olundu

DAK-ın Ukrayna nümayəndəliyi təsis olundu

Ukraynada yaşayan və fəaliyyət göstərən soydaşımız Möhlət Hüseynov qurumun sədri seçilib

Yığıncaqda Ukrayna prezidenti Viktor Yuşenkonun qardaşı, Ali Radanın üzvü Petro Andreyeviç Yuşenko da iştirak edib

ImageImageImage

Image

Mayın 16-da Ukraynanın paytaxtı Kiyev şəhərində Dünya Azərbaycanlıları Konqresinin (DAK) Ukrayna nümayəndəliyinin təsis konfransı keçirilib. www.D-A-K.org -a daxil olan məlumata görə, saat 11.00-dan 15.00-dak Opel otelində baş tutan yığıncaqa DAK həmsədri Sabir Rüstəmxanlı, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK İdarə Heyətinin üzvləri – Rəhman Abbasov, Tahir Hacıyev, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Akif Gülməmmədov, Ukrayna prezidenti Viktor Yuşenkonun qardaşı, Ali Radanın üzvü Petro Andreyeviç Yuşenko, Ukraynanın tanınmış şairi İvan Dreç, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Azərbaycan-Ukrayna Qadınlar Birliyinin rəhbərliyi, Ukrayna-Türkiyə İş adamları Birliyinin nümayəndələri, GUAM Jurnalistlər Birliyinin təmsilçiləri, Ukraynada yaşayan və fəaliyyət göstərən azərbaycanlı ziyalılar, Ukraynanın müxtəlif dövlət orqanlarında çalışan soydaşlarımız, Vilayət Məclislərinin üzvləri olan azərbaycanlılar, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri və s. qatılıblar.

Konfransı Ukraynada yaşayan və fəaliyyət göstərən soydaşımız Fərhad Turanlı aparıb. Yığıncaqda DAK həmsədri Sabir Rüstəmxanlı, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, DAK İdarə Heyətinin üzvü Rəhman Abbasov, UAK sədri Akif Gülməmmədov, Ukrayna prezidenti Viktor Yuşenkonun qardaşı, Ali Radanın üzvü Petro Andreyeviç Yuşenko, Ukraynanın tanınmış şairi İvan Dreç çıxış ediblər. Konfransın yekununda Ukraynada yaşayan və fəaliyyət göstərən soydaşımız Möhlət Hüseynov DAK-ın Ukrayna nümayəndəliyinin sədri seçilib. Sonda bu gün keçiriləcək ”Eurovision-2009″ mahnı müsabiqəsinin final mərhələsində Azərbaycanımızı təmsil edən Aysel Teymurzadə-Araş cütlüyü və qardaş Türkiyəni təmsil edən Hadisə Açıqgözə dəstək olmaları üçün dünya azərbaycanlılarına müraciət qəbul olunub.

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Həmçinin bax!

DAK-da yeni təyinatlar oldu

Qurumdaxili Katiblik formalaşdırıldı və bir sıra nümayəndəliklərin rəhbərləri təyin edildi Dünya Azərbaycanlıları Konqresinin (DAK) işinin ...

Kommentera