Ev / Layihələr / İcra edilmiş layihələr / DAK-ın rəsmi saytı fəaliyyətə başladı

DAK-ın rəsmi saytı fəaliyyətə başladı

Image Dünya Azərbaycanlıları Konqresinin (DAK) rəsmi internet saytı fəaliyyətə başlamışdır. Vebsəhifəylə ətraflı tanış olmaq üçün www.D-A-K.org ünvanına daxil olmaq kifayətdir. Hələlik saytda xəbərlər Azərbaycan türkcəsində və qismən də ingilis dilində yerləşdirilir. Məlumatlar da hələlik DAK-ın, Azərbaycan diasporunun gördüyü işləri və İran adlanan yerdə – Vətənimizin Güneyində öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq soydaşımızın durumu ilə bağlı məsələləri əhatə edir. ümumiyyətlə, bir müddət sonra vebsəhifədə İsveç, rus və dünyanın ən aparıcı dillərində xəbərlər yerləşdiriləcək. Eyni zamanda internet saytı Bütöv Azərbaycanı əhatə edəcəkdir. Yəni vebsəhifədə Borçalıda, Dərbənddə, Kərkükdə öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinin vəziyyəti ilə bağlı məlumatlar yerləşdiriləcəkdir.

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə Azərbaycanda səfərdə olan dünya şöhrətli ziyalı Rza Bərahani gənc yazarlarla görüşdü

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, ...

Kommentera