ölkə mətbuatında DAK Məşvərət Şurasının sədri Əlyar Səfərlinin Dünya Azərbaycanlıları Konqresinin (DAK) fəaliyyəti ilə bağlı fikirləri yayılmışdır. Əlyar Səfərli DAK rəhbərliyini fəaliyyətsizlikdə ittiham etmiş, DAK rəhbərliyinin və DAK-ın Azərbaycan Nümayəndəliyinin ünvanına iradlar səsləndirmişdir. DAK NTK sədri Aqil Ələsgər bildirdi ki, bəzi mətbu orqanlarda yazılanların əksinə olaraq, DAK rəhbərliyi arasında və Azərbaycan Nümayəndəliyində heç bir problem yoxdur və DAK-ın bütün qurumları normal fəaliyyət göstərirlər. / DAK Mətbuat Xidməti /