Ev / İnformasiya / DAK haqqında / DAK-ın Güney Azərbaycan nümayəndəliyi yaradıldı

DAK-ın Güney Azərbaycan nümayəndəliyi yaradıldı

Babək Muğanlı qurumun rəhbəri təyin edildi
Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycanla bağlı fəaliyyətini daha da genişləndirmək üçün mühüm addım atıb. 

Belə ki, DAK-ın Nizamnaməsinə əsasən, təşkilatın Güney Azərbaycan nümayəndəliyi yaradılıb. DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznianın sərəncamı ilə Azərbaycan Respublikasında mühacirətdə yaşayan güneyli soydaşımız Babək Muğanlı DAK-ın Güney Azərbaycan nümayəndəliyinin rəhbəri təyin edilib. 
Məlumat üçün bildirək ki, əsl adı Şahdust Hacı oğlu Mirzayi olan Babək Muğanlı 1965-ci ildə Güney Azərbaycanın Ərdəbil vilayətinin Muğan (fars şovinistləri Parsabad olaraq dəyişdirib) şəhərində anadan olub. 18 yaşından şeir yazmağa başlayan soydaşımız 1983-1984-ci illərdə məktub vasitəsilə keçmiş SSRİ-nin tərkibində olan Şimali Azərbaycandan bir sıra dostlarla tanış olub. 1988-ci il Güney Azərbaycanda Qarabağa Dəstək Komitəsi yaranan vaxt onun fəal üzvlərindən biri olub. 1990-cı ildə Bakıya gəlib və Azərbaycan Respublikasında Güney Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda açıq və geniş fəaliyyətə başlayıb. 1995-ci ildə Güney Azərbaycana geri qayıdıb. 1994-cü ildən Güney Azərbaycanda Babəkin doğum günü ilə əlaqədar iyulun ilk ongünlüyündə Bəzz qalasına həyata keçirilən yürüşün təşkilatçılarından biri olub. İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan soydaşlarımızın milli-mədəni haqları uğrunda mübarizə apardığı üçün dəfələrlə həbsdə yatıb. Bu səbəbdən 1996-cı ildə yenidən doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. 
DAK Mətbuat Xidməti


  Əlaqə telefonları:          (050) 610 71 47, (055) 715 13 16

                                                                            www.D-A-K.org

Həmçinin bax!

DAK Gənclər Təşkilatının sədri Samir Turan “Mediaforum”dakı debata qatılıb

”Məqsədlərimizdən biri Güney Azərbaycan problemini gənclərimizə mənimsətməkdir” ”Yəni gəncləri ”Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun!” ...

Kommentera