Ev / İnformasiya / Bəyanatlar / DAK iyunun 12-də İran adlanan yerdə keçiriləcək “prezident seçkisi”nə münasibətini açıqlayıb

DAK iyunun 12-də İran adlanan yerdə keçiriləcək “prezident seçkisi”nə münasibətini açıqlayıb

Image İran adlanan yerdə ”prezident seçkisi”nə cəmi bir neçə gün qalır. Bildiyiniz kimi, bu ”seçki” ”Vilayəti Fəqih” və ”Şuraye Nigahban”ın nəzarəti altında həyata keçirilir. Bu qurumlar hətta öz qurduqları dövlətin adının mənasını anlamır. Cümhuriyyətin mənasını, keyfiyyətini və onun necə fəaliyyət göstərməsini bilmirlər, ya da özlərini bilməməzliyə vururlar. Cümhuriyyətin əsas sütunları demokratiya, plüralizm və azadlıq üzərində qurulur. İran adlanan yerdə bu xətlərin heç birinə əməl olunmur. Elə buna görə də cümhurbaşqanı əvvəl ”Vilayəti Fəqih” tərəfindən təyin edilir və sonra da bu təyinat ”seçim”ə qoyulur. Bu cür dövlət sisteminə ”Xilafəti bəni Xomeyni” adı daha çox yaraşar. İran adlanan yerin parlamentinin millət vəkilləri də eyni qayda ilə ”seçkilər”də iştirakdan keçir. İslamiyyətə gəldikdə isə İslam adı altında millətlərin dini inancından sui-istifadə edib öz mənafelərini güdürlər.
Yuxarıda sadaladığımız faktlara əsaslanaraq deyə bilərik bu rejim nə millət, dövlət, parlament, seçim, nə də İslamiyyətə ehtiram qoymaq istəyindədi. Fars şovinist rejimi özünü guya iki qrupa bölməklə və onların birinə mühafizəkar, digərinə isə reformist (islahatçı) adı qoymaqla, millətləri çaş-baş etməklə növbəti dəfə hakimiyyətdə bərqərar olub öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Ancaq Azərbaycan türkləri 30 illik təcrübəyə söykənərək bu teatrlara son qoyandan, haqlarına yetişmək üçün bu rejimi dağıdandan və öz istiqlaliyyətini alandan sonra Cümhuriyyət, Parlament, Hüquqi dövlət, Plüralizm, Azadlıq, Demokratiya və s. sözlər mənalarını tapacaqdır. Seçim azad olsa, fars şovinist rejimi tərəfindən Azərbaycan türklərinin namizədlərinin seçki hüququ tapdanmaz, onlar ev dustağı edilməz və milli çoxluq olan Azərbaycan türkləri seçimləri qazanar. Ona görə də bu seçki xalq tərəfindən etimad qazanmır, namizədlərin vədləri inandırıcı görünmür və seçkinin nəticəsinin İran adlanan yerdəki fars şovinist rejiminin mahiyyətini dəyişdirəcəyinə heç bir ümid qalmır.
Dünya Azərbaycanlıları Konqresi (DAK) olaraq İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan millətlərin normal, demokratik seçkilər uğrunda mübarizəsini dəstəkləyirik.

DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə

DAK İdarə Heyətinin üzvləri və fəalları

Həmçinin bax!

DAK İran adlanan yerdə cərəyan edən hadisələrlə bağlı bəyanat verib

DAK İran adlanan yerdə prezident seçkisi ərəfəsində verdiyi bəyanatda indiki şəraitdə bu ölkənin normal demokratik ...

Kommentera