Ev / İnformasiya / Bəyanatlar / DAK həmsədrləri bəyanat verib

DAK həmsədrləri bəyanat verib

ImageSon vaxtlar Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin Belçika görüşündən sonra müxtəlif e-mail qruplarında DAK İdarə Heyətinin üzvü Səməd Fərtaşın həqiqətə uyğun olmayan və DAK İdarə Heyətinin üzvlərinin rəyini əks etdirməyən fikirləri yayılmışdır. Diqqətinizə çatdırırıq ki, DAK İdarə Heyətinin Belçika görüşündə təşkilatın bir sıra problemləri və təşkilati məsələlər müzakirə edilmişdir. Bütün təşkilatlarda olduğu kimi, DAK İdarə Heyətinin yığıncağında da həmişə fikir müxtəlifliyi olur. Biz də demokratiya prinsiplərinə uyğun olaraq bu cür fikir ayrılıqlarına həmişə hörmətlə yanaşırıq. Düşünürük ki, təşkilatın möhkəmlənməsi və inkişafı üçün bütün məsələlər açıq müzakirə edilməli və hər kəsin işinə dəqiq qiymət verilməlidir. Məhz bu prinsiplərlə işlədiyimizə görə, DAK son qurultayından sonra öz iş keyfiyyətini xeyli yaxşılaşdırmış, daxili münaqişələrdən xilas olaraq, nəhayət, əsl işilə məşğul olmağa başlamışdır. Bu da bizim bir sıra rəqiblərimizi və düşmənlərimizi ciddi şəkildə narahat edir. Ona görə də heç bir əsası olmayan şayiələr şişirdilərək qəsdən yayılır və DAK-ı gözdən salmaq üçün ən iyrənc vasitələrə əl atılır. Nəzərinizə çatdırırıq ki, yanlış məlumatına görə, DAK İdarə Heyətinin üzvü Səməd Fərtaşa ciddi xəbərdarlıq edilmişdir və bu məsələ DAK İdarə Heyətinin növbəti yığıncağında müzakirə olunacaqdır.

DAK həmsədrləri

Sabir Rüstəmxanlı və Firidun Pərviznia

Həmçinin bax!

DAK İran adlanan yerdə cərəyan edən hadisələrlə bağlı bəyanat verib

DAK İran adlanan yerdə prezident seçkisi ərəfəsində verdiyi bəyanatda indiki şəraitdə bu ölkənin normal demokratik ...

Kommentera