Ev / Layihələr / Cari layihələr / DAK həmsədrləri bir neçə ölkəyə səfər edəcəklər

DAK həmsədrləri bir neçə ölkəyə səfər edəcəklər

Əjdər Tağızadə: ”Sentyabrın sonu-oktyabrın əvvəllərində DAK rəhbərliyi geniş tərkibdə ABŞ-a gedəcək”

ImageImage Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri və İdarə Heyətinin üzvləri sentyabrın 20-də təşkilatın Brüssel şəhərindəki qərargahının rəsmi açılışını keçirəcəklər. Bu barədə Lent.az-a DAK Daimi Şurasının sədri, təşkilatın İdarə Heyətinin üzvü Əjdər Tağızadə məlumat verib. Onun sözlərinə görə, sözügedən qərargahın rəsmi açılışı keçirilməsə də, ofis artıq iki aydır, fəaliyyət göstərir. Sentyabrın sonu-oktyabrın əvvəllərində isə DAK rəhbərliyi geniş tərkibdə ABŞ-a gedəcək. DAK rəhbərliyi türk diaspor təmsilçiləri ilə görüşəcək, ABŞ Konqresində konqresmenlərlə müzakirələr aparacaq. Bu il sonunadək DAK həmsədrləri Firudin Pərvizniya və Sabir Rüstəmxanlının Gürcüstan, Almaniya və Rusiyaya da səfəri planlaşdırılıb.

Həmçinin bax!

DAK rəhbərliyi ABŞ-da Güney Azərbaycan problemini qaldıracaq

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya, eləcə də DAK Daimi Şurasının ...

Kommentera