Ev / Həmsədrlər / Fəaliyyət və məlumatlar / DAK həmsədri Türkiyəyə getdi

DAK həmsədri Türkiyəyə getdi

Sabir Rüstəmxanlı MHP-nin qurultayında iştirak edəcək

Image Noyabrın 5-də Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı Türkiyəyə səfərə yola düşüb. www.D-A-K.org -a daxil olan məlumata görə, səfərdə məqsəd qardaş Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının noyabrın 8-də keçiriləcək növbəti qurultayında iştirak etməkdir. Eyni zamanda səfər çərçivəsində Sabir Rüstəmxanlının türkiyəli həmkarları, ziyalılar, həmçinin diaspor nümayəndələrilə görüşü də nəzərdə tutulub. Xatırladaq ki, DAK həmsədrinə MHP-nin qurultayında iştirak dəvəti oktyabrın əvvəllərində göndərilmişdi.

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə türk jurnalistlər Azərbaycana səfərə gələcək

Bakıda türk jurnalistlərinin toplantısı keçiriləcək. Bu barədə www.D-A-K.org -a toplantının təşəbbüskarlarından olan Dünya Azərbaycanlıları Konqresinin ...

Kommentera