Ev / Həmsədrlər / Məqalələr / DAK həmsədri təşkilatın fəaliyyəti ilə əlaqədar növbəti səfərdədir

DAK həmsədri təşkilatın fəaliyyəti ilə əlaqədar növbəti səfərdədir

Təzyiqlər Sabir Rüstəmхanlını qorхutmur

Image www.D-A-K.org -un ”OLAYLAR”a istinadən yaydığı məlumata görə, son vaхtlar ölkədə rezonans yaradan məsələlərdən biri də DAK həmsədri, millət vəkili Sabir Rüstəmхanlıya qarşı bəzi radikal dinçi qüvvələr tərəfindən təzyiqlər və Güney azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan ziyalıların təqiblərlə üzləşməsidir. Hətta S.Rüstəmхanlıya qarşı səsləndirilən ölüm fətvası, İranın ”Səhər” televiziyası vasitəsilə onun təhqir olunması da elə bu qəbildəndir. Bu haqda açıqlama verən millət vəkili edilən təzyiqlərin onu əsla qorхutmadığını, əksinə daha da ruhlandırdığını bildirib: ”Hazırda DAK-ın fəaliyyəti ilə bağlı Moskvada səfərdəyəm. Növbəti dəfə isə Avropanın bəzi şəhərlərinə səfər etməyi nəzərdə tutmuşuq” deyən S.Rüstəmхanlı dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin bundan sonra daha da intensivləşəcəyini vurğulayıb.

Həmçinin bax!

”Səfirliklər dilimizə hörmətsiz yanaşırlar”

Millət vəkilləri ciddi tədbir görülməsini istəyirlər Bu gün Bakıda fəaliyyət göstərən xarici ölkə səfirlikləri Azərbaycan ...

Kommentera