Ev / Həmsədrlər / Fəaliyyət və məlumatlar / DAK həmsədri Sabir Rüstəmxanlının dəvətlisi olaraq Rza Bərahani oktyabrın əvvəlində Azərbaycana gələcək

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətlisi olaraq Rza Bərahani oktyabrın əvvəlində Azərbaycana gələcək

Image

ImageImage

Oktyabrın əvvəlində Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvəti ilə əslən Güney Azərbaycandan olan dünya şöhrətli ziyalı, Kanada Yazıçılar İttifaqının sədri Rza Bərahani Azərbaycana gələcək. Onlarla kitabın müəllifi olan tanınmış soydaşımızın ölkəmizə səfərinin məqsədi Azərbaycan dövlətinin güclənməsi və inkişafı ilə tanış olmaq, milli ədəbiyyatımızın durumu ilə yaxından maraqlanmaq və ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətinin mahiyyətini yerində incələməkdir. Eyni zamanda Rza Bərahani Güney azərbaycanlılarının Quzey Azərbaycan Respublikasında yaşam tərzi ilə yaxından maraqlanacaq və elmi-mədəni mərkəzlərlə tanış olacaq. Səfərlə bağlı yaxın günlərdə mediaya ətraflı məlumat veriləcək.

DAK Mətbuat Xidməti

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının Milli Məclisdəki oktyabrın 20-dəki çıxışı qardaş Türkiyənin ”Hürriyyət” qəzetində!

Azerbaycan’da Türk bayrağı yeniden yükseldi Türkiye ile Azerbaycan arasında çıkan ”bayrak krizi” çözülüyor… Türk bayrakları, ...

Kommentera