Ev / Həmsədrlər / Fəaliyyət və məlumatlar / DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə türk jurnalistlər Azərbaycana səfərə gələcək

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə türk jurnalistlər Azərbaycana səfərə gələcək

Image Bakıda türk jurnalistlərinin toplantısı keçiriləcək. Bu barədə www.D-A-K.org -a toplantının təşəbbüskarlarından olan Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı məlumat verib. Onun sözlərinə görə, toplantıya Mərkəzi Asiya respublikaları, Türkiyədən, Rusiyanın tərkibindəki türk respublikalarından olan jurnalistlər dəvət olunacaq:

”Onları Bakıya yığaraq informasiya mübadiləsindəki boşluqları doldurmaq, türk jurnalistlərin bir-birilə əməkdaşlığının zəruriliyi yönündə müzakirələr aparacağıq. Belə bir niyyətim çoxdan var idi, sadəcə vaxt qıtlığından bu məsələni reallaşdıra bilmirdik. Artıq Bakıya dəvət edəcəyimiz jurnalistlərin siyahısı hazırdır, bəzi jurnalistlərlə danışığımız da olub. Tədbirin dəqiq vaxtını müəyyənləşdirməsək də, ilin sonunadək reallaşdırmağı düşünürük”.

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının Milli Məclisdəki oktyabrın 20-dəki çıxışı qardaş Türkiyənin ”Hürriyyət” qəzetində!

Azerbaycan’da Türk bayrağı yeniden yükseldi Türkiye ile Azerbaycan arasında çıkan ”bayrak krizi” çözülüyor… Türk bayrakları, ...

Kommentera