Ev / Layihələr / İcra edilmiş layihələr / DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə Azərbaycanda səfərdə olan dünya şöhrətli ziyalı Rza Bərahani gənc yazarlarla görüşdü

DAK həmsədri Sabir Rüstəmxanlının dəvətilə Azərbaycanda səfərdə olan dünya şöhrətli ziyalı Rza Bərahani gənc yazarlarla görüşdü

Image

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının dəvətilə dünya şöhrətli ziyalı, Kanada Qələm Təşkilatının keçmiş sədri Rza Bərahani başda olmaqla ABŞ, Kanada, Almaniya, İngiltərə, İsveç və s. ölkələrdə yaşayan əslən Güney Azərbaycandan olan 12 tanınmış soydaşımız Bakıda səfərdədir. Oktyabrın 10-da ”Qanun” Nəşriyyatında dünya şöhrətli ziyalı Rza Bərahani ilə gənc yazarlar arasında görüş keçirildi.

Tədbiri Sabir Rüstəmxanlı açaraq DAK-ın fəaliyyəti və güneyli ziyalıların səfəri barədə ətraflı məlumat verdi.
Daha sonra çıxış edən Rza Bərahani görüşdə iştirak edən gənc yazarlarla tanış oldu və əsərləri ilə bağlı ətraflı məlumat verdi.
Tədbirdə DAK həmsədri Sabir Rüstəmxanlı, ”Bakı-Təbriz” jurnalının redaktoru, araşdırmaçı şərqşünas alim Məsiağa Məhəmmədi, Azad Yazarlar Ocağının yazar Rasim Qaraca, ”Vətəndaş Həmrəyliyi” qəzetinin baş redaktoru İbrahim Quliyev, Xanəmir DAK NTK sədri Aqil Ələsgər, AYO başqanı Seymur Baycan və başqaları iştirak edirdi.

Image

Həmçinin bax!

Güneyli-quzeyli qadınlar bir araya gəldi

DAK və ATQB ”Qadınların cəmiyyətdə rolu” mövzusunda birgə dəyirmi masa keçirdi Dünya Azərbaycanlıları Konqresinin (DAK) ...

Kommentera