Ev / Həmsədrlər / Fəaliyyət və məlumatlar / DAK həmsədri Sabir Rüstəmxanlının dəvəti ilə Azərbaycanın güneyindən olan bir qrup elmi-ictimai-siyasi fəal oktyabrın əvvəllərində Azərbaycana gələcək

DAK həmsədri Sabir Rüstəmxanlının dəvəti ilə Azərbaycanın güneyindən olan bir qrup elmi-ictimai-siyasi fəal oktyabrın əvvəllərində Azərbaycana gələcək

Image Dünya Azərbaycanlıları Konqresi (DAK) həmsədri, millət vəkili, xalq şairi, tanınmış yazıçı Sabir Rüstəmxanlının dəvəti ilə Azərbaycanın güneyindən olan bir qrup elmi-ictimai-siyasi fəal, Kanada, Amerika, İngiltərə, Almaniya və İsveçdən, oktyabrın əvvəllərində Azərbaycana gələcək. Səfərin məqsədi Azərbaycan cümhuriyyətinin istiqlalının bərpasından sonra güclənib və inkişafı ilə tanış olmaq, elmi və mədəni mərkəzlərdə görüş aparıb, tanınmış ictimai xadimlərə yaxından görüşüb 50 milyondan artıq olan Azərbaycan türkünün bugünkü durumunu müzakirəyə qoyub informasiya mübadiləsində bulunmaq və özəlliklə qərb dünyasında yaşayan Azərbaycanlılar haqda, habelə İran adlanan yerdə güneyli soydaşlarımızın bugünki durumu haqda Azərbaycan cümhuriyyətində informasiya verib, qaranlıq məqamlara aydınlıq gətirmək olacaq. Səfərə gələn qrupun gündəliyi haqda ictimayyətə geniş informasiya veriləcək.

DAK Mətbuat Xidməti

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının Milli Məclisdəki oktyabrın 20-dəki çıxışı qardaş Türkiyənin ”Hürriyyət” qəzetində!

Azerbaycan’da Türk bayrağı yeniden yükseldi Türkiye ile Azerbaycan arasında çıkan ”bayrak krizi” çözülüyor… Türk bayrakları, ...

Kommentera