Ev / Həmsədrlər / Görüşlər / DAK həmsədri Sabir Rüstəmxanlı Türkiyədə səfərdədir

DAK həmsədri Sabir Rüstəmxanlı Türkiyədə səfərdədir

O, bu gün gecə Azərbaycan vaxtıyla saat 23.00-da Türkiyənin ART televiziyasının ”Beyin fırtınası” proqramının qonağı olacaq

Image Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı və DAK həmsədrinin Türk Dünyası üzrə müşaviri, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Türkiyədə görüşlərini davam etdirir. Aprelin 18-də 150 min üzvü olan Türkiyə Təhsil İşçiləri Həmkarlar Təşkilatının İdarə Heyətinin üzvləri və quruma daxil olan dərnəklərin rəhbərlərilə görüş keçirilib. Görüşdə Türkiyə-Azərbaycan münasibətləri, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi və bəzi qüvvələrin bu məsələdən istifadə edərək iki qardaş dövlət arasındakı əlaqələrə xələl gətirməsi müzakirə olunub. Türkiyə təhsil işçiləri bu məsələdə Azərbaycanın yanında olduqlarını və rəsmi Bakıya dəstək verdiklərini bildiriblər. Həmin gün Sabir Rüstəmxanlı, Tənzilə Rüstəmxanlı və millət vəkili Aynur Camalqızı ”Səs” televiziyasının ”Tərəzi” proqramında canlı yayımda 4 saatlıq müzakirə aparıblar. Müzakirənin əsas obyekti Türkiyə-Azərbaycan münasibətləri və son günlərdə gündəmdən düşməyən sərhəd məsələsinin bu əlaqələrə təsiri, Azərbaycan QHT rəhbərlərinin Türkiyəyə səfəri, Türkiyənin Milliyyətçi Hərəkat və Cümhüriyyət Xalq partiyalarından olan millət vəkillərinin Azərbaycana və MHP-nin dəvətilə Azərbaycan qadın deputatlarının Türkiyəyə səfəri məsələləri olub. Aprelin 20-də isə Türkiyə KomuSen-inin İdarə Heyətilə (məmurlar, həkimlər, təqaüdçülər və 13 həmkarlar təşkilatının birləşdiyi qurum) görüş keçirilib. Günün ikinci yarısında VHP sədri Sabir Rüstəmxanlı MHP başqanı Dövlət Baxçalıyla görüşüb. Görüşdə Qarabağ problemi, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan və Azərbaycan-Türkiyə münasibətləri, Türkiyədəki son bələdiyyə seçkiləri, Kiprdə cərəyan edən hadisələr, Türkiyə iqtidarının Ermənistanla sərhədləri açmaq çağırışı və digər ictimai-siyasi məsələlər geniş müzakirə olunub. Həmçinin bu gün gecə onlar Azərbaycan vaxtıyla saat 23.00-da Türkiyənin ART (Avrasiya) televiziyasında ”Beyin fırtınası” proqramının qonağı olacaqlar.

Həmçinin bax!

DAK həmsədri Firidun Pərviznia Bakıya gəlib

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Firidun Pərviznia Azərbaycana qısamüddətli səfərə gəlib. www.D-A-K.org -a daxil olan ...

Kommentera