Ev / Həmsədrlər / Görüşlər / DAK həmsədri Sabir Rüstəmxanlı Almaniyaya səfərə gedib

DAK həmsədri Sabir Rüstəmxanlı Almaniyaya səfərə gedib

Image Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Almaniyaya səfərə gedib. www.D-A-K.org -a daxil olan məlumata görə, o, aprelin 14-də Almaniyanın Frankfurt şəhərində keçiriləcək Avropa Azərbaycanlıları Konqresinin III Qurultayında iştirak edəcək. Bundan əlavə, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi dəvəti əsasında həmin tədbirə DAK-ın digər həmsədri Firidun Pərviznia, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, DAK İdarə Heyətinin üzvləri Nurəddin Qərəvi, Məhəmməd Müştaq və Nadir Hollenbrand da qatılacaqlar. Səfər çərçivəsində DAK rəsmiləri bir araya gələrək təşkilatın gələcək planlarını müzakirə edəcəklər Eyni zamanda onlar İsveçrənin Cenevrə şəhərində YUNESKO-da görüş keçirəcək. ümumiyyətlə, səfər çərçivəsində biir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlərin ən əsas müzakirə obyekti Dağlıq Qarabağ münaqişəsi, İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan 50 milyona yaxın Azərbaycan türkünün hüquqlarının pozulması, Azərbaycanın parçalanması və s. məsələlər olacaq.

Həmçinin bax!

DAK həmsədri Firidun Pərviznia Bakıya gəlib

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Firidun Pərviznia Azərbaycana qısamüddətli səfərə gəlib. www.D-A-K.org -a daxil olan ...

Kommentera