Ev / Həmsədrlər / Məqalələr / DAK Gürcüstan azərbaycanlılarının problemlərinin həlli ilə bağlı layihə hazırlayıb

DAK Gürcüstan azərbaycanlılarının problemlərinin həlli ilə bağlı layihə hazırlayıb

Image Dünya Azərbaycanlıları Konqresi (DAK) Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli ilə bağlı təkliflər layihəsi hazırlayıb. ”Gürcüstana növbəti səfərimiz zamanı yeni təkliflərimiz açıqlanacaq”. Bunu bazar ertəsi Trend News mətbuat mərkəzində keçirdiyi brifinqdə DAK həmsədri, deputat Sabir Rüstəmxanlı bildirib. Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda 500 minə yaxın azərbaycanlı yaşayır. Soydaşlarımız əsasən Kvemo-Kartle (Borçalı) bölgəsində məskunlaşıblar.

S.Rüstəmxanlı qeyd edib ki, DAK olaraq iki il bundan əvvəl Gürcüstana səfər ediblər və əlaqələr qurulub: ”Gürcüstan azərbaycanlılarının problemləri bir səfər və ya bir layihə ilə həll olunan deyil. Soydaşlarımızın problemlərinin həlli istiqamətində fəaliyyət orada yaşayan ziyalıların, Azərbaycan hökumətinin və diaspor təşkilatlarının yardımı ilə həyata keçirilməlidir”. Onun sözlərinə görə, iş planına əsasən bu ilin sonunda Gürcüstana səfər etməyi planlaşdırırlar. /Trend News /

Həmçinin bax!

DAK həmsədri təşkilatın fəaliyyəti ilə əlaqədar növbəti səfərdədir

Təzyiqlər Sabir Rüstəmхanlını qorхutmur www.D-A-K.org -un ”OLAYLAR”a istinadən yaydığı məlumata görə, son vaхtlar ölkədə rezonans ...

Kommentera