Ev / İnformasiya / Müraciətlər / DAK dünya azərbaycanlılarına müraciət ünvanlayıb

DAK dünya azərbaycanlılarına müraciət ünvanlayıb

Image Əziz həmvətənlər!

Mayın 16-da ”Eurovision-2009″ mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək. çox sevindirici haldır ki, Azərbaycanımızı təmsil edən Aysel Teymurzadə-Araş cütlüyü və qardaş Türkiyəni təmsil edən Hadisə Açıqgöz uğurlu çıxış edərək sizlərin sayəsində bu mərrhələyə vəsiqə qazanmağı bacarıb. Ona görə də sonuncu mərhələdə də həmrəy olmağımız çox vacibdir. Heç kimə sirr deyil ki, düşmənlərimiz ”Bir millət, iki dövlət!” olan Azərbaycanla Türkiyənin dostluğuna və qardaşlığına xələl gətirməyə çalışırlar. Biz də bir daha birliyimizi nümayiş etdirək və şənbə günü baş tutacaq final mərhələsində Azərbaycana və qardaş Türkiyəyə dəstək verək. Gəlin onları birinci edək!

DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə

DAK İdarə Heyətinin üzvləri və fəalları

Kommentera