Ev / İnformasiya / Digər məlumatlar / DAK Dərviş Əroğlunu rəhbərlik etdiyi Ulusal Birlik Partiyasının Quzey Kıbrısdakı erkən parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edir

DAK Dərviş Əroğlunu rəhbərlik etdiyi Ulusal Birlik Partiyasının Quzey Kıbrısdakı erkən parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edir

Image Aprelin 19-da Quzey Kıbrıs Türk Cümhuriyyətində keçirilmiş erkən parlament seçkilərində Dərviş Əroğlunun rəhbərlik etdiyi Ulusal Birlik Partiyası qələbə qazanıb. 44 faiz səs toplayan ana müxalifət partiyası bununla da təkbaşına hökumət qurmaq hüququ əldə edib. Eyni zamanda Ulusal Birlik Partiyası 2005-ci il 20 fevral erkən parlament seçkilərindən fərqli olaraq, səslərini 12 faizdən çox artıraraq 19 millət vəkili sayını da 26-ya çıxarıb.

Xatırladaq ki. Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin üzvü Səftər Rəhimli Quzey Kıbrıs Türk Cümhuriyyətinin Müstəqillik Günü münasibəti ilə 2008-ci il noyabrın 12-dən 17-nə qədər qardaş ölkədə rəsmi səfərdə olub. O, Quzey Kıbrıs Türk Cümhuriyyətinin keçmiş baş naziri, həmin vaxt parlamentə çoxluq təşkil edən və əsas ana müxalifət partiyası olan Ulusal Birlik Partiyasının sədri Dərviş Eroğlu ilə də görüşüb. Görüşdə Quzey Azərbaycan Respublikası ilə Quzey Kıbrıs Türk Cümhuriyyəti arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsinin, ilk öncə müstəqil Türk cümhuriyyətlərinin rəsmi Lefkoşanı müstəqil dövlət kimi tanıması istiqamətində addımlar atılmasının vacibliyi, İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan 40 milyonluq Güney Azərbaycan türkünün üzləşdiyi problemlər və s. ətrafında geniş fikir mübadiləsi aparılıb. Dərviş Əroğlu Quzey Kıbrıs xalqının hər zaman Azərbaycanın yanında olacağını deyib. Qeyd edək ki, Ulusal Birlik Partiyasının sədri parlament seçkilərində qələbə çaldıqdan sonra verdiyi müsahibələrdə Azərbaycana sevgisini bir daha nümayiş etdirib. ümumiyyətlə, Dərviş Əroğlunun DAK-a münasibəti çox yaxşıdır və konqresin rəsmilərilə isti münasibətləri var.
DAK olaraq Dərviş Əroğlunu rəhbərlik etdiyi Ulusal Birlik Partiyası Quzey Kıbrıs Türk Cümhuriyyətində keçirilmiş erkən parlament seçkilərində inamlı qələbə qazanması münasibətilə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq.

Image

Həmçinin bax!

DAK güneyli vəkil Saleh Kamraniyə başsağlığı verir

Güney Azərbaycan Milli Hərəkatı fəallarının hüquqlarını müdafiə etdiyinə görə fars şovinist rejiminin təqib və təzyiqlərilə ...

Kommentera