Ev / Tədbirlər / Cari tədbirlər / DAK “Doğu Türküstanda soyqırım” mövzusunda “Dəyirmi masa” keçirdi

DAK “Doğu Türküstanda soyqırım” mövzusunda “Dəyirmi masa” keçirdi

Səftər Rəhimli: ”DAK olaraq Şərqi Türküstanda öz tarixi torpaqlarında yaşayan Uyğur türklərinin vəziyyətilə bağlı bir çox işlər həyata keçirmək niyyətindəyik”

Sabir Rüstəmxanlı: ”Hazırda 80 milyonluq Uyğur türkü məhv olunmaq təhlükəsi qarşısındadır. Ancaq dünya ictimaiyyəti bu soyqırıma göz yumur”

Əjdər Tağızadə: ”Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin zamanından Uyğur türkləri Azərbaycan türklərinin daima diqqət mərkəzində olub”

Əlyar Səfərli: ”çin kommunist rejimi Uyğur türklərinə qarşı insanlığa sığmayan hərəkətlər edir, əsl vandalizmlə məşğuldur”

Gülər Əhmədova: ”çinin uyğur qadınlarına qarşı zorakılığına etiraz əlaməti olaraq internet vasitəsilə imzatoplama kampaniyası həyata keçirəcəyik”

Sevil Nuriyeva: ”Bu gün Şərqi Türküstanda baş verənlərə dünya ictimaiyyətinin göz yumması uyğurların türk olmasıyla əlaqədardır”

Image

17 iyul 2009-cu il tarixində saat 12.00-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşəbbüsüylə Azərbaycan Atatürk Mərkəzində Şərqi Türküstanda (Uyğur Muxtar Vilayəti) baş verən hadisələrlə əlaqədar ”Doğu Türküstanda soyqırım” mövzusunda ”Dəyirmi masa” keçirildi. Tədbirdə DAK rəhbərliyi, ziyalılar, Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr və s. iştirak edirdilər. Xatırladaq ki, iyulun 5-dən başlayaraq 3 gün davam edən hadisələrdə çin kommunist rejiminin silahlı birləşmələri tərəfindən 200, qeyri-rəsmi məlumatlara görə isə 2000 nəfərə yaxın Uyğur türkünün qətlə yetirildiyi, 1500-dən çox insanın şübhəli bilinərək həbs olunduğu bildirilir.

”Dəyirmi masa”nı DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli açaraq bildirdi ki, təşkilat Şərqi Türküstanda baş verən hadisələrlə əlaqədar çinin Bakıdakı səfirliyi qarşısına qara əklil qoyub. Eyni zamanda diplomatik korpusa DAK-ın mövqeyini əks etdirən bəyanat da təqdim olunub: ”Biz Şərqi Türküstanda baş verən hadisələrə heç vaxt biganə qala bilmərik. çünki orada qətlə yetirilən Uyğur türkləri bizim soydaşlarımızdır. DAK olaraq Şərqi Türküstanda öz tarixi torpaqlarında yaşayan Uyğur türklərinin vəziyyətilə bağlı bir çox işlər həyata keçirmək niyyətindəyik. Yəni bu cür tədbirlərlə işimizi bitmiş saymayacağıq. Yaxın gələcəkdə bir sıra layihələrimiz olacaq”. O qeyd etdi ki, Şərqi Türküstanda minillərdir Uyğur türklərinə qarşı assimilyasiya siyasəti aparılır. 1876-cı ildən başlayaraq çinlilər soydaşlarımızın başına olmazın bəlalar gətirilir. 1944-cü ildən Şərqi Türküstan çinin işğalına məruz qaldıqdan sonra tarixi türk torpağında demoqrafik vəziyyət tamamilə dəyişdirilib.
DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı vurğuladı ki, bu günlərdə dünyanın diqqəti çinin qərbi, günbatanı, Türk Dünyasının şərqi, gündoğanı olan Şərqi Türküstana çevrilib. çin ən qədim yaşayış məntəqələrindən olan bu ərazinin sahibi Uyğur türklərinə qarşı 3-4 minillik siyasətini davam etdirir: ”Uyğurlar türklərin ən qədim qollarından biridir və dil baxımından Azərbaycan türklərinə ən yaxın olanıdır. Şərqi Türküstan ”Divani-luğəti-it-Türk” əsərinin müəllifi Mahmud Kaşğarlının vətənidir. Türk Dünyasının ən qədim izlərinin olduğu bir yerdən kommunist rejim Uyğur türklərini sıxışdırıb çıxarmaq istəyir. Hazırda 80 milyonluq Uyğur türkü məhv olunmaq təhlükəsi qarşısındadır. Ancaq dünya ictimaiyyəti bu soyqırıma göz yumur”. Onun sözlərinə görə, Şərqi Türküstanda gedən proseslər insanlığa, beynəlxalq hüquqa ziddir. Ona görə də heç kim bu faciəyə biganə qala bilməz. Hüqüqları pozulan soydaşlarımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında gənclər daha da fəal olmalıdır. Televiziyalar əlaqələrin daha da inkişaf etdirilməsi üçün türk filmlərini nümayiş etdirməlidirlər. DAK həmsədri dedi ki, çin səfirliyi onlara ünvanlanmış bəyanata cavab olaraq iki məktub göndərib. Sənəddə 156 nəfərin həlak olduğu, onların da 48 nəfərinin Uyğur türkü olduğu, eyni zamanda hadisələrin baş verməsində xarici qüvvələrin əli olduğu qeyd olunub: ”Maraqlıdır ki, İran adlanan yerdə Azərbaycan türklərin ayağa qalxır, onların xaricdən idarə olunduğunu bildirirlər. Şərqi Türküstanda da Uyğur türkləri etiraz edir, onları da xaricə bağlayırlar. Sanki əhali kənardan təsir olmadan öz haqqını tələb edə bilməz”.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə qeyd etdi ki, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin zamanında Uyğur türkləri Azərbaycan türklərinin daima diqqət mərkəzində olub. Eyni zamanda beynəlxalq təşkilatlarda, müxtəlif səpkili tədbirlərdə Şərqi Türküstandakı vəziyyət DAK tərəfindən qaldırılıb. Onun sözlərinə görə, dünyanın ən qədim mədəniyyət ocaqlarından olan Uyğurustanda XXI əsrin ən dəhşətli soyqırımı həyata keçirilib: ”İnsanlar yalnız Türk, Uyğur olduğuna görə öldürülür. Qadınlara, uşaqlara aman verilmir. Dünya ölkələri isə bunlara göz yumurlar. İnsanların kütləvi şəkildə öldürülməsi, irqçilik siyasəti heç bir ölkənin daxili işi hesab oluna bilməz. DAK olaraq hesab edirik ki, insan haqları ümumbəşəri dəyərdir və beynəlxalq ictimaiyyət çində baş verən soyqırım hadisəsinə biganə yanaşmamalıdır. Biz çin hakimiyyətindən Uyğur türklərinə qarşı yeridilən soyqrımın dayandırılmasını tələb edirik”. Əjdər Tağızadə bildirdi ki, Bakı-Urumçi-Bakı aviareysinin açılması sevindirici haldır. çünki Azərbaycanla Uyğurustan türklərini bir-birilə əlaqələndirirdi: ”Lakin bunun mənfi nəticəsilə üzləşdik. Hazırda çinlilər Azərbaycanda çoxalıb. Onların əksəriyyəti casusdur”. DAK Daimi Şurasının sədri vurğuladı ki, bu gün Azərbaycanın Güneyində gənclik ayağa qalxıb. Quzeydə də gənclik türkün bayrağını daşıyır. Gənclər türkün mənafeyini qorumaq üçün onun bayrağının dalğalandığı hər yerdə olmalıdır.
DAK Məşvərət Şurasının sədri Əlyar Səfərli dedi ki, Uyğurustan məsələsi çox ciddi məsələdir: ”Uyğurların, türklərin vətənini əslində çin işğal edib. ümumiyyətlə, çinin indiki ərazisi göytürklərindir. Ancaq min illərdir öz tarixi torpaqlarında türklərə qarşı assimilyasiya siyasəti həyata keçirilir. çin kommunist rejimi Uyğur türklərinə qarşı insanlığa sığmayan hərəkətlər edir, əsl vandalizmlə məşğuldur. İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan Azərbaycan türklərinin vəziyyəti bundan da ağırdır. Fars şovinist rejimi soydaşlarımızın varlığına qənim kəsilib. 40 milyonluq millətin öz ana dilində bir dənə də olsun məktəbi yoxdur. Ona görə də türk milləti olaraq qüvvələrimizi səfərbər etməliyik”.
DAK İdarə Heyətinin üzvü, millət vəkili Gülər Əhmədova bildirdi ki, bu gün İran və çin adlanan yerdə öz tarixi torpaqlarında yaşayan soydaşlarımızla bağlı görülən işlər yetərli deyil. Onların haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün beynəlxalq təşkilatlarla mütəmadi iş aparılmalıdır: ”Bilirsiniz ki, iyulun 5-də Şərqi Türküstanda baş verən hadisələrə səbəb uyğur qızlarının, qadınlarının hüquqlarının pozulmasıdır. çin kommunist rejiminin qızlarımızı, qadınlarımızı təhqir etməsi çirkinlikdir. Ona görə də BMT və Avropa Şurası qarşısında məsələ qaldırmalıyıq. çünki Avropa Şurasının və BMT-nin ”Stop against woman!” adlı qadın zorakılığına qarşı davam etdirdiyi bir layihəsi var. Mən həmin layihə üçün belə bir müraciəti hazırlatdıracağam. Eyni zamanda çin kommunist rejiminin qadın zorakılığına etiraz əlaməti olaraq internet vasitəsilə imzatoplama kampaniyası həyata keçirəcəyik”.
Qafqaz Media Mərkəzinin və Asiya Dialoqu İctimai Birliyinin rəhbəri Sevil Nuriyeva qeyd etdi ki, Şərqi Türküstanın taleyi Azərbaycaın taleyinə çox oxşayır. Hər ikisi də kommunist rejimlərin zülmünü görüb: ”Bu gün Şərqi Türküstanda baş verənlərə dünya ictimaiyyətinin göz yumması uyğurların türk olmasıyla əlaqədardır. Ona görə də soydaşlarımızın müdafiəsinə qalxmalıyıq. Onların haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün hər birimiz çalışmalıyıq. Bununla da Şərqi Türküstandakı zülmə ”yox!” deməyi bacarmalıyıq”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) müəllimi Mətanət Əsədli vurğuladı ki, bu hadisələr Uyğur türklərinin mübarizəsində dönüş nöqtəsi olacaq. Ancaq bununla belə, çin kommunist rejiminin soydaşlarımıza qarşı həyata keçirdiyi soyqırım siyasətinə biganə qalmaq olmaz. Bütün faktlar dəlil və sübutlarla beynəlxalq təşkilatlara təqdim olunmalıdır. Bunun üçün Şərqi Türküstana nümayəndə heyəti göndərilməlidir. Eyni zamanda Azərbaycan QHT-ləri bir araya gələrək məsələyə öz münasibətlərini bildirməlidirlər. ümumiyyətlə, dildə. Fikirdə və işdə birlik olmalıdır.
Qeyd edək ki, tədbirdə gənclər də çıxış edərək, məsələyə öz münasibətlərini açıqladılar. Eyni zamanda Türkiyədən tədbirə telefon vasitəsilə qatılan Doğu Türküstan Vəqfinin sədri Həmid Göytürk Uyğur türklərinin hüquqlarını müdafiə etdiyinə, haqq işini dəstəklədiyinə və belə bir tədbir keçirdiyinə görə DAK rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Image

Image

Image

Image

Image

Image

Image

Image

Image

Həmçinin bax!

DAK İsveç Riksdagında konfrans keçirəcək

Dünya Azərbaycanlıları Konqresi (DAK) 11 dekabr 2008-ci il tarixində, saat 11.00-da Azərbaycan gərçəkləri, bölünmüş Azərbaycan, ...

Kommentera