Ev / İnformasiya / Bəyanatlar / DAK İdarə Heyəti İranın “Səhər” kanalındakı böhtanlara etiraz olaraq bəyanat verib

DAK İdarə Heyəti İranın “Səhər” kanalındakı böhtanlara etiraz olaraq bəyanat verib

Image Yanvarın 14-də İranın ”Səhər” kanalında Dünya Azərbaycanlıları Konqresi (DAK) və onun həmsədri, VHP sədri, Milli Məclisin üzvü, xalq şairi Sabir Rüstəmxanlı haqqında böhtan dolu məlumat yayılıb. Məsələ ilə bağlı DAK İdarə Heyəti bəyanat qəbul edib. www.D-A-K.org -a daxil olan məlumata görə, sənəddə bildirilir ki, İran xüsusi xidmət orqanlarının maliyyələşdirdiyi ”Səhər” kanalı Azərbaycan milli düşüncə sahiblərinə qarşı antitəbliğatını davam etdirir: ”İrandakı mövcud rejim beynəlxalq hüquq normalarına söykənərək, öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan türkünün insan haqlarını müdafiə edən və onların problemlərini nüfuzlu beynəlxalq təşkilatların (BMT, Avropa Şurası) müzakirəsinə çıxaran DAK-ın beynəlmiləl və bəşəri fəaliyyətinə mane olmaq üçün zaman-zaman təşkilat haqqında yanlış informasiyalar yayır. Eyni zamanda DAK-ın parçalanması, nüfuzdan düşməsi üçün səylərini əsirgəmir. Hətta buna görə külli miqdarda pul belə xərcləməkdən çəkinmir”. Bəyanatda qeyd olunur ki, artıq bir ildir İranın ”Səhər” kanalı Türk Dünyasının tanınmış simalarından biri, Azərbaycanın nüfuzlu ziyalısı olan Sabir Rüstəmxanlı DAK həmsədrliyinə gələndən sonra antitəbliğatını birbaşa ona yönəldib. çünki Sabir Rüstəmxanlı DAK həmsədri olduqdan sonra Konqresin dünyada fəallığı həddindən artıq genişlənib, nüfuzu artıb və təşkilatın strukturları güclənib: ”DAK-ın son zamanlar artan nüfuzundan narahat olan İran xüsusi xidmət orqanları ”Səhər” kanalı vasitəsilə öz mahiyyətini, iç üzünü ortaya qoyur və DAK həmsədri Sabir Rüstəmxanlını çirkaba batırmaq üçün onun Konqresə ayrılan pulları ”mənimsəməsi” böhtanını irəli sürürlər. Biz DAK İdarə Heyəti olaraq bəyan edirik:

1.DAK heç bir yerdən maliyyələşmir. Konqres yalnız nüfuzlu və imkanlı şəxslərin, o cümlədən Sabir Rüstəmxanlının şəxsi imkanları hesabına fəaliyyət göstərir. Ona görə də Sabir Rüstəmxanlını və yaxud DAK İdarə Heyətinin hansısa bir üzvünü maliyyə fırıldaqçılığında ittiham etmək bir tərəfdən DAK-ın Nizamnaməsi və maliyyə resurslarından xəbərsizlikdirsə, ikinci tərəfdən DAK-a qarşı atılan iftiradır. İran xüsusi xidmət orqanlarının ”Səhər” kanalının dili ilə atdığı bu böhtana qəti şəkildə etiraz edir və İran dövlətini İslam əxlaqına yaraşmayan bu cür çirkin hərəkətlərdən çəkinməyə çağırırıq.

2.Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyindən xahiş edirik ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə kampaniya aparan ”Səhər” kanalının ölkə ərazisində yayım imkanlarının qarşısını alsın və bu kanalla əməkdaşlıq edən, ona SMS-lər göndərən Azərbaycan vətəndaşlarının kimliyini araşdırsın.

Hörmətlə,

DAK İdarə Heyəti!

Həmçinin bax!

DAK İran adlanan yerdə cərəyan edən hadisələrlə bağlı bəyanat verib

DAK İran adlanan yerdə prezident seçkisi ərəfəsində verdiyi bəyanatda indiki şəraitdə bu ölkənin normal demokratik ...

Kommentera