Ev / İnformasiya / DAK haqqında / DAK Daimi Şurasının sədri Əjdər Tağızadə Həsən Şəriətmədari ilə görüşüb

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə Həsən Şəriətmədari ilə görüşüb

Image 12 aprel 2010-cu il tarixində İsveçin paytaxtı Stokholm şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə İran adlanan yerdə, eyni zamanda Azərbaycanın güneyində kifayət qədər tanınmış islam alimi, Azərbaycan türklərinin ən çox inandığı və təqlid etdiyi mərcə, mərhum ayətullah Seyid Kazım Şəriətmədarinin oğlu Həsən Şəriətmədari ilə görüşüb.

www.D-A-K.org -a daxil olan məlumata görə, görüşdə Əjdər Tağızadə Həsən Şəriətmədariyə atasının azərbaycanlılar arasında böyük nüfuza malik olduğunu deyib və bildirib ki, bu gun ”yaşıl hərəkat”ın sıralarında olanlar vaxtilə əlləri ayətullah Seyid Kazım Şəriətmədarinin qanına bullaşmış qatillərdir. Lakin indi ilımlı qanad kimi çıxış edirlər. DAK Daimi Şurasının sədri Seyid Kazım Şəriətmədarinin hər zaman dinin siyasətdən ayrılmasının tərəfdarı kimi çıxış etdiyini söyləyəyərək, ayətullahın Azərbaycan türklərinə bir çağırışı olduğunu xatırladıb: ”Ona görə də sizin fəaliyyətinizin bir hissəsini Azərbaycan məsələsinə bağlamağınız yaxşı olardı. Siz hazırda İran adlanan yerdə federal dövlətin qurulmasının tərəfdarısınız. Ancaq azərbaycanlılarla əlaqələrinizi sıxlaşdırsanız, onda İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq azərbaycanlının mövqeyini daha yaxşı bilərsiniz. çünki onlar azadlıqlarını istəyirlər, fars şovinizminin istibdadından qurtulmağı qarşılarına məqsəd qoyublar”. Əjdər Tağızadə deyib ki, bu gün Həsən Şəriətmədari şahçıların, solçuların təmsilçiləriylə müzakirələr aparır: ”Halbuki həmin qüvvələr ayətullah Seyid Kazım Şəriətmədarinin düşməni olub və Azərbaycan türklərinə qarşıdırlar. Azərbaycanlılarla da müzakirələr aparmaq sizə heç bir problem yaratmayacaq. çünki hələ də mərhum atanızın Azərbaycanın güneyində böyük nüfuzu var. Ona görə də azərbaycanlılarla birgə hərəkət etməyiniz ümumi mənafeyimizin və gələcəkdəki azadlığın, demokratiyanın xeyrinədir”.
Həsən Şəriətmədari isə Azərbaycan məsələsindən kənarda qalmadığını və hər zaman azərbaycanlıların düzənləyəcəyi toplantılarda səmimi qəlbdən iştirak etməyə hazır olduğunu vurğulayıb. Eyni zamanda o, azərbaycanlı ictimai-siyasi xadimlərin, ziyalıların, alimlərin iştirakıyla Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirməkdə maraqlı olduğunu və Güney problemini qaldıracağını dilə gətirib.
Əjdər Tağızadə özü başda olmaqla Həsən Şəriətmədarinin təklif etdiyi şəxslərlə birlikdə görşməyə hazır olduğunu təklif edib və sonda yaxın zamanlarda xaricdə Həsən Şəriətmədari ilə azərbaycanlılar arasında görüşün keçirilməsi barədə razılığa gəlinib.

Həmçinin bax!

ejdertagizade-1

DAK Daimi Şurasının sədri Əjdər Tağızadənin “Olaylar”a müsahibəsi

“Tehran rejimi Azərbaycan dövlətinin varlığını həzm edə bilmir”“İran adlanan yerdə azərbaycanlılar zindana atılır, haqsız insanlar ...

Kommentera