Ev / Sənədlər / Qərarlar / DAK-da yeni təyinatlar oldu

DAK-da yeni təyinatlar oldu

Konqresdə struktur islahatları aparılır

Image Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı və Firidun Pərviznia DAK-ın işinin səmərəli təşkili və gücləndirilməsi məqsədi ilə sərancam imzalayıblar. Belə ki, DAK həmsədrlərinin Türk Dünyası üzrə müşaviri Tənzilə Rüstəmxanlı, Güney Azərbaycan məsələsi üzrə müşaviri Cavidan Elbars, Qarabağ məsələsi üzrə müşaviri Siyavuş Mustafayev, DAK-ın Avropada Təbliğat məsulu yazıçı Orxan Aras (Almaniya), Gənclər Şurasının sədri Samir Turan (Balakişiyev), Mətbuat və İnformassiya xidmətinin rəhbəri Əli Nicat (Güney Azərbaycan), əməkdaşları Yaqut Misirxanlı (Quzey Azərbaycan) və rejissor Rahim Sadıqbəyli (Avropa-İsveç) təyin ediliblər.Qeyd edək ki, DAK Mətbuat Xidmətinin verdiyi məlumata görə, DAK Həmsədrlərinin yeni təyinatlarının olacağıda gözlənilir.

DAK Mətbuat Xidməti

Həmçinin bax!

DAK-da yeni təyinatlar oldu

Qurumdaxili Katiblik formalaşdırıldı və bir sıra nümayəndəliklərin rəhbərləri təyin edildi Dünya Azərbaycanlıları Konqresinin (DAK) işinin ...

Kommentera