Ev / Sənədlər / Qərarlar / DAK-da yeni təyinatlar oldu

DAK-da yeni təyinatlar oldu

Qurumdaxili Katiblik formalaşdırıldı və bir sıra nümayəndəliklərin rəhbərləri təyin edildi

Image Dünya Azərbaycanlıları Konqresinin (DAK) işinin səmərəli təşkil edilməsi, təşkilatlanması və qurumun sıralarının genişləndirilməsi məqsədilə DAK həmsədrləri bir sıra sərəncam imzalayıb. DAK-ın mərkəzdə və strukturlarıyla işin sıx əlaqələndirilməsi, seçkili orqanların və həmsədrlərin qəbul etdiyi qərarların lazımı struktur və bölmələrə çatdırılması, sənədləşmə və qeydiyyat işlərinin həyata keçirilməsi məqsədilə DAKın tərkibində Katiblik formalaşdırılır. Katibliyə rəhbər Samir Şakir oğlu Əsədli təyin olunub. DAK həmsədrlərinin digər sərəncamıyla Ukrayna nümayəndəliyinin 16 may 2009-cu il tarixində keçirilmiş konfransının qərarları təsdiq edilir. Eyni zamanda həmsədrlər Möhlət Yolçu oğlu Hüseynovu Ukrayna nümayəndəliyinin, Araz Əlövsət oğlu Xudiyevi Qazaxıstan nümayəndəliyinin, Ağası Baba oğlu Məmmədovu (Ağası Hun) Moldova Respublikasında (eyni zamanda Qaqauz yeri muxtar qurumunda) nümayəndəliyinin rəhbəri təyin ediblər.

Həmçinin bax!

Səməd Fərtaşın DAK İdarə Heyəti üzvlüyündən istefası qəbul edildi

DAK-ı zəiflətmək üçün xüsusi fəallıq göstərdiyinə, sonuncu qurultaydan sonra dəfələrlə təşkilatın Nizamnaməsini pozaraq mətbuata və ...

Kommentera