Ev / İnformasiya / Bəyanatlar / DAK bəyanat yayıb

DAK bəyanat yayıb

”DAK dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları birləşdirən diaspor təşkilatı kimi fəaliyyət göstərir və Azərbaycanın daxili işlərinə müdaxilə etmir”

Image Son günlər bəzi internet saytlarında, mətbu orqanlarda Dünya Azərbaycanlıları Konqresinin (DAK) İdarə Heyətinin adından 18 mart 2009-ci il tarixində Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumla əlaqədar bəzi mülahizələr yer alıb. DAK olaraq, bu mülahizələrin qurumla heç bir əlaqəsi olmadığını bildirir və DAK İdarə Heyəti adından yayılan bəyanatın konqresin gündən-günə güclənməsindən qorxuya düşmüş qüvvələrin növbəti oyunlardan biri olduğunu bəyan edirik. çünki DAK dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları birləşdirən diaspor təşkilatı kimi fəaliyyət göstərir və Azərbaycanın daxili işlərinə müdaxilə etmir. Konqres fəaliyyətini qarşısında qoyduğu məsələlərin – Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Qarabağ problemi və Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində qurub. Son günlər bəzi internet saytlarında, mətbu orqanlarda yer alan məlumatlar DAK-ın özfəaliyyət istiqamətlərindən sapması görüntüsünü yaratmaq və təşkilatın fəaliyyətini kölgə altında qoymağa hesablanıb. DAK həmsədrləri, DAK Daimi Şurası, İdarə Heyəti və digər strukturları səsləndirilən fikirlərin təşkilata heç bir aidiyyatı olmadığını bir daha vurğulayır və ümidvar olduğunu bildirir ki, Azərbaycan xalqı martın 18-də keçiriləcək referendumda öz fikrini sərbəst şəkildə bəyan edəcək.

DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə

DAK İdarə Heyətinin üzvləri və fəalları!

Həmçinin bax!

DAK İran adlanan yerdə cərəyan edən hadisələrlə bağlı bəyanat verib

DAK İran adlanan yerdə prezident seçkisi ərəfəsində verdiyi bəyanatda indiki şəraitdə bu ölkənin normal demokratik ...

Kommentera