Ev / Xəbərlər / DAK təşkilati xəbərlər / DAK Brüsseldə Xocalı mitinqi keçirəcək

DAK Brüsseldə Xocalı mitinqi keçirəcək

“Dəyərli Dünya Azərbaycanlıları, xanımlar və bəylər! Dünya Azərbaycanlıları Konqresi (DAK), Xocalı Soyqırımının ildönümünü 26 fevral 2016-cı il tarixində Brüsseldə, Avropa Parlamentinin önündə keçirəcək. Bunun üçün böyük mitinq olacaq. Mitinq üçün Brüssel Polisindən lazım olan icazə alınıb və bu möhtəşəm mitinqdə Azərbaycan Respublikasından, Rusiyadan, Türkiyədən, Avstraliyadan, Finlandiyadan, Norveçdən, İsveçdən, Danimarkadan, Almaniyadan, Hollandiyadan, Fransadan, İsveçrədən, Polşadan, Macarıstandan və İtaliyadan qatılacaq soydaşlariımız iştirak edəcəklər və həmin soydaşlarımız üçün otellərdə yerlər də ayrılmışdır.
Bütün dünya Azərbaycanlıları olaraq bir olaq, birlik olaq, dirlik olaq!
Xocalı soyqırımını duymaq istəməyən dünyanın qulağına birlikdə hayqıraq!
Mitinqimiz: 26 Fevral 2016-cı ildə, saat 14-16 arasında, Avropa Parlamentinin qarşısında, Brüsseldə olacaq.”

Dünya Azərbaycanlıları Konqresinin (DAK) mətbuat xidməti

Həmçinin bax!

DAK Birlik-Bərabərlik və Qardaşlıq Qurultayı [Oynaq görüntü]

Dünya Azərbaycanlıları Konqresinin 26-27-28 fevral 2016-cı ildə Xocalı soyqırımının ildönümündə planlaşdırılan Birlik-Bərabərlik və Qardaşlıq Qurultayının ...