Ev / Xəbərlər / DAK təşkilati xəbərlər / DAK Birlik – Bərabərlik Qurultayı keçiriləcək

DAK Birlik – Bərabərlik Qurultayı keçiriləcək

Hörmətli xanımlar və cənablar!

Dünya Azərbaycanlıları Konqresi İH olaraq, Sizə çatdırmaq istəyirik ki, dünya səviyyəsində özünəməxsus yeri, dəyəri və təsir imkanları olan bu təşkilatımız bu günə qədər müxtəlif səbəblərdən dolayı bir sıra sıxıntılar və problemlərlə qarşılaşıb. Təşkilatımızın işləmə mexanizmi, onun strukturu və nizamnamə dəyərləri ayaq altına alındığıdından DAK öz nüfuzunu itirmiş və lazımi effekti göstərə bilməyəcək bir vəziyyətə düşüb. DAK ın 18 illik tarixində müxtəlif məkan və zamanda qurultaylar keçirilib, lakin üzvlərimizin daimi qeydiyyat məsələsi həll edilməyib və təşkilatın pərakəndə şəkildə fəaliyyət göstərib. DAK- ın itirilən nüfuzunu bərpa etmək üçün bir neçə aydır ki, bütün güclərimizi səfərbər etmişik. Artıq Dünya Azərbaycanlıları Konqresinin ölkələrə görə üzv sayı bilinir və bütün üzvlərimizə qeydiyyat nömrəsi verilərək üzvlük vəsiqəsi hazırlanıb və bununla da üzvlərimizin daimi qeydiyyat məsələsi həll edilib. Bu, DAK içərisində daha öncə yaşanan qarışıqlığın önünü almış və Qurultayda aidiyyatı olmayan şəxslərin səs verməsinə məhdudiyyət yaradıb. Təşkilatımız içərisindəki bu mexanizmlərin işləməsi Azərbaycanlıların yaşadığı bütün ölkələrdə onlara mandatların verilməsi məsələsinə aydınlıq gətirib.

Dəyərli xanımlar və bəylər,

Son zamanlar regionda baş verən geosiyasi hadisələr bizdən də yan keçməyib. Azərbaycan türkləri olaraq hər zamankından daha çox həmrəyliyə ehtiyacımız var. Bu səbəbdən dünyada önəmli nüfuza və təsir dairəsinə malik olan DAK a sahib olaraq , Güney və Quzey Azərbaycanın problemlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlimizdən gələni əsirgəməməliyik. DAK IH olaraq Brüsseldə 26-27-28 Fevral 2015-ci il tarixində keçiriləcək Birlik – Bərabərlik və Qardaşlıq Qurultayına hər mənada dəstəyinizi gözləyir və XX əsrin ən böyük faciəsi olan Xocalı Soyqırımını Dünya İctimaiyyətinə çatdırmaq üçün sizləri Avropa Parlamentinin qarşısında baş tutacaq mitinqə çağırırıq.

Dərin sayqılarımızla

Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyəti: Məmməd Azər, Əhməd Obalı, Siyavuş Yusifli, Teymur Əminbəyli, Fatma Sofiyeva, Asif Qurban, Xaqani Qayıblı

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016