Ev / İnformasiya / Bəyanatlar / DAK Azərbaycanın Güneyində yeni dərs ilinin başlanması münasibəti ilə bəyanat verib

DAK Azərbaycanın Güneyində yeni dərs ilinin başlanması münasibəti ilə bəyanat verib

ImageƏziz Azərbaycan türk balaları!

Bu gün Azərbaycanın Güneyində, habelə İran adlanan yerdə yeni dərs ili başlanır. Milyonlarla azərbaycanlının belə bir günü böyuk ümid və həvəslə gözləməsinə baxmayaraq, məktəbə addım atan kimi bütün arzu və ümidləri bərbad olur. Bu millətin ürəyinin bir parçası və gələcəyinin dayağı olan əziz türk balaları məktəbə yox, fars şovinist irticasının beyin yuma laboratoriyalarına girirlər. Ilk zəngin səslənməsi heç də qulağa xoş gəlib, ürəyə yatan deyil. Yüz ilə yaxındır ki, 4 nəsildən artıq türk milləti bu şum nəğməni məcburi olaraq dinləməkdədir. Sevimli türk balaları, düzdür bizlər – yəni sizlərdən öncəki yaşlı nəsillər bir türlü əzaba məruz qaldığımız bu durumda günah daşıyırıq. Ancaq günah və cinayətin banisi fars şovinist irticasıdır. Sizlərə müəllim kimi göndərilən zavallılar bəlkə özləri də bilmir, yaxud bir parça çörəkdən ötrü farsın cinayət alətinə çevrilib, sizlərin sevinc dolu ürəklərinizə və beyinlərinizə damla-damla zəhər doldururlar. Sizin qanınızı, ruhunuzu, türk düşüncənizi dəyişməyə çalışırlar. Bu dəyirman boş-boşuna işləməkdədir. Lakin müəllimlər də bilməlidirlər ki, bu cinayətin bir qulpundan onlar tutub və ona şərikdirlər. Əziz uşaqlar, siz bilirsiniz ki, üzdəniraq müəllimlərin sizə öyrətməyə çalışdıqları fars dili tamamilə indiki və gələcəkdəki varlığımıza, insan və millət kimi qarşıdır. üstəlik, yaşa dolduqca biləcəksiniz ki, azad ölkədə azad millətlərin balaları öz ana dillərində oxuyub düşünürlər. Bu gün biz bilirik ki, sizin körpə ürəklərinizə necə qorxu dolur, çünki müəllimin yabancı dildə sizə dediklərini eşidəndə həyəcan keçirirsiniz. Bilməlisiniz ki, bu millətin ayıq ürəkləri sizin ürəklərinizlə bir vurur və bu acını hiss edir. Lakin bu durum belə getməyəcək. Haqlı toplum və millətlər mübarizə aparıb, azad olub, xoş günlər içində yaşamaqdadırlar. Biz arzu ilə birgə mübarizə aparmalıyıq ki, farsın xərçəng xəstəliyindən qurtaraq. Beyin də, qələm də, düşüncə də özümüzün olsun. Sehirli dünyanın xoşbəxtlik qapılarını açmaq üçün öz türk dilimizdə oxumalı və yazmalıyıq. Sizlər məktəbə deyil, zindana gedirsiniz. Sizi bu duruma salanlar cəzalandırılmalıdırlar. Gözəl Azərbaycanı qaranlıq zindana çevirib böyük millətin körpəsini və yaşlısını çeşidli işgəncələrə məruz qoyan fars şovinist irticasını Azərbaycandan uzaqlaşdırmaq lazımdır.
Dilimizə, məktəbimizə, millətimizə, məmləkətimizə azadlıq arzusu ilə DAK.

DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə

DAK İdarə Heyətinin üzvləri və fəalları

Həmçinin bax!

DAK iyunun 12-də İran adlanan yerdə keçiriləcək “prezident seçkisi”nə münasibətini açıqlayıb

İran adlanan yerdə ”prezident seçkisi”nə cəmi bir neçə gün qalır. Bildiyiniz kimi, bu ”seçki” ”Vilayəti ...

Kommentera