Ev / İnformasiya / Elanlar / DAK Azərbaycan türklərinin soyqırımıyla bağlı bəyanat yayıb

DAK Azərbaycan türklərinin soyqırımıyla bağlı bəyanat yayıb

Image Dünya Azərbaycanlıları Konqresi (DAK) 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktlarıyla bağlı bəyanat yayıb. Sənəddə bildirilir ki, 1918-ci il mart soyqırımından 92 il keçir. Belə ki, XX əsrin əvvəllərində ermənilər Arazın hər iki tayında yaşayan yüz minlərlə Azərbaycan türkünü qətlə yetirərək dəhşətli soyqırım aktları törədiblər.

1918-ci ilin martında Bakıda yaşayan əhali növbəti dəfə soyqırıma məruz qalıb. Martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri Bakını gəmilərdən yaylım atəşinə tutandan sonra 31 mart və 1-2 aprel tarixlərində azərbaycanlıların evlərinə soxularaq kütləvi qırğınlar törədiblər. Günlərlə davam edən qırğınlar nəticəsində Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı öldürülüb, məscidlər, məktəb binaları yandırılıb, dağıdılıb. Gəncə, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan və digər bölgələrdə də bu cür qanlı faciələr törədilib. 1918-ci ilin yanvarında İrəvana və onun ətrafındakı 211 Azərbaycan kəndinə basqın çəkən ermənilər burada yaşayan 300 min Azərbaycan türkünü qırıb, minlərlə soydaşımızı yurd-yuvasından didərgin salıblar. Nəticədə İrəvan quberniyasında 211 kənd xarabazara çevrilib. Qarabağda azərbaycanlıların yaşadığı 150-dən çox kənd dağıdılıb, Şuşada görünməmiş qırğınlar törədilib. Təkcə Zəngəzurda 115 kənd xarabazara çevrilib, əhaliyə amansız divan tutulub. Ermənilər Azərbaycanın güneyində də qanlı izlər buraxıb. Silahlanmış erməni dəstələri Urmiyada, Təbrizdə, Xoyda, Köhnəşəhərdə, Salmas və başqa ərazilərdə kütləvi qırğınlar törədərək, 130 mindən çox Azərbaycan türkünü faciəvi şəkildə qətlə yetiriblər. 1918-ci ilin fevral və mart aylarında Urmiya, aprelin 13-də isə Salmas şəhəri soyqırıma məruz qalıb. Təkcə 150 min əhalisi olan Urmiyada bir gecədə 1500 türk öldürülüb. Osmanlı ordusu gələnə kimi artıq öldürülənlərin sayı 10 min nəfəri ötüb.
Bəyanatın sonunda qeyd olunur ki, bu gün qondarma erməni soyqırımı tez-tez dünya gündəminə gətirildiyi halda, ermənilərin yaxın keçmişdə törətdiyi mart soyqırımı hələ də beynəlxalq aləmdə tanınmır və hadisəyə dünya ictimaiyyəti tərəfindən obyektiv siyasi hüquqi qiymət verilməyib. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində törədilən Azərbaycan türklərinin kütləvi mart qırğınının soyqırım aktı kimi tanınmasının, cinayətkarların öz layiqli cəzasını almasının zamanı çoxdan yetişib.

Həmçinin bax!

Aprelin 1-də DAK rəhbərliyi mətbuat konfransı keçirəcək

Tədbir ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdiyi soyqırım aktları və Urmiya gölününü quruması probleminə həsr ...

Kommentera