Ev / İnformasiya / Elanlar / DAK Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir

DAK Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir

Image Dünya Azərbaycanlıları Konqresi (DAK) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan qadınlarını səmimi qəlbdən təbrik edir. Təbrikdə deyilir: ”ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı ölkəmizdə hər zaman uca tutulub. 1918-ci ildə Şərqdə ilk dəfə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını XX əsrdə qısa müddət ərzində bir neçə əsrə bərabər inkişaf yolu keçib. Eyni zamanda Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Onlar xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və müasir dövlətimizin qurulmasında daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirib. Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə onlara bilik və bacarıqlarını gerçəkləşdirmək üçün əlverişli zəmin yaradıb. Qadınlarımız bu gün də müxtəlif sahələrdə, o cümlədən vətəndaş cəmiyyəti quruculuğunda və mədəniyyətlərarası dialoqun formalaşdırılmasında öz intellektual potensiallarını əsirgəmirlər. ümidvarıq ki, qadınlarımız gənc nəslin Vətənə, torpağa məhəbbət, milli dövlətçiliyə və bütövlük məfkurəsinə sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirəcəklər”.

Hörmətli xanımlar!

DAK olaraq Sizi, dünyanın müxtəlif ölkələrində yaşayan Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq.

Bayramınız mübarək olsun!

DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə

DAK İdarə Heyətinin üzvləri və fəalları

Həmçinin bax!

DAK Azərbaycan türklərinin soyqırımıyla bağlı bəyanat yayıb

Dünya Azərbaycanlıları Konqresi (DAK) 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin Azərbaycan türklərinə qarşı ...

Kommentera