Ev / İnformasiya / Elanlar / DAK, AFDH və Azərbaycan Kültür Ocağı Xocalı soyqırımı ilə əlaqədər birgə konfrans keçirəcək

DAK, AFDH və Azərbaycan Kültür Ocağı Xocalı soyqırımı ilə əlaqədər birgə konfrans keçirəcək

Artıq DAK həmsədri Sabir Rüstəmxanlı, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK-ın Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimli Almaniyaya yola düşüblər

Image 26 fevral 2010-cu il tarixində Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK), Azərbaycan Federal Demokrat Hərəkatı (AFDH) və Kölndə fəaliyyət göstərən Azərbaycan Kültür Ocağının təşəbbüsü və təşkilatçılığıyla əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə əlaqədər konfrans keçiriləcək. www.D-A-K.org -a daxil olan məlumata görə, tədbir yerli vaxtla saat 19.00-dan 23.00-dək Almaniyanın Köln şəhərində olacaq. BüZE Köln Bürgerzentrum Venloer Str: 429 ünvanında keçiriləcək konfransda DAK rəhbərliyi, o cümlədən Almaniyanın müxtəlif şəhərlərində yaşayan quzeyli-güneyli soydaşlarımız iştirak edəcəklər. Tədbirdə Ermənistanın Xocalı şəhərində azərbaycanlılara qarşı törətdiyi soyqırımdan danışılacaq. Həmçinin dünya ictimaiyyətinin bu hadisəyə loyal münasibəti pislənəcək. Konfransın yekununda isə beynəlxalq ictimaiyyətə və təşkilatlara müraciət qəbul olunacaq. Artıq DAK həmsədri Sabir Rüstəmxanlı, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK-ın Azərbaycan nümayəndəliyinin sədri Səftər Rəhimli Almaniyaya yola düşüblər
Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 600-dən cox insan ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Həmçinin bax!

DAK Azərbaycan türklərinin soyqırımıyla bağlı bəyanat yayıb

Dünya Azərbaycanlıları Konqresi (DAK) 1918-ci ilin martında Azərbaycanın quzeyində və güneyində ermənilərin Azərbaycan türklərinə qarşı ...

Kommentera