Ev / İnformasiya / Digər məlumatlar / DAK 9 May – Güney Azərbaycan Tələbə Günü münasibətilə güneyli tələbələri təbrik edir

DAK 9 May – Güney Azərbaycan Tələbə Günü münasibətilə güneyli tələbələri təbrik edir

Image Dünya Azərbaycanlıları Konqresi (DAK) 9 May – Güney Azәrbaycan Tələbə Günü münasibətilə təbrik məktubu yayıb. www.D-A-K.org -a daxil olan məlumata görə, sənəddə bildirilir ki, düz 14 il əvvəl, yəni 1995-ci ilin mayında Güney Azәrbaycan tələbəlәri İran adlanan yerdəki mövcud fars şovinist rejiminin irqçilik siyasәtinə qarşı etiraz əlaməti olaraq küçələrə çıxdılar: ”Onlar İran adlanan yerin Tələbə Hərəkatından ayrıldığını və bundan sonra müstəqil fəaliyyət göstərəcəyini bəyan etdilər. Hazırda Güney Azərbaycanda gedən milli mübarizənin önündə məhz tələbələr dayanır. DAK olaraq, Azərbaycanımızın Güneyində Milli Hərəkatın önündə gedən, onun məqsədinə çatması üçün böyük səy göstərən, bu amal uğrunda həbsxanalara düşən və hətta canlarını belə fəda edən tələbələrimizi səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”.

Həmçinin bax!

DAK güneyli vəkil Saleh Kamraniyə başsağlığı verir

Güney Azərbaycan Milli Hərəkatı fəallarının hüquqlarını müdafiə etdiyinə görə fars şovinist rejiminin təqib və təzyiqlərilə ...

Kommentera