Ev / İnformasiya / Digər məlumatlar / DAK 28 May Respublika Günü münasibətilə 50 milyondan çox Azərbaycan türkünü təbrik edir

DAK 28 May Respublika Günü münasibətilə 50 milyondan çox Azərbaycan türkünü təbrik edir

Image 28 may 1918-ci il Azərbaycanın ən parlaq və unudulmaz tarixi günlərindən biridir. Məhz 91 il öncə Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyətinin əsası qoyulub. Millət, məzhəb, sinif və cins fərqi qoymayan və bütün vətəndaşların siyasi hüquqlarını təmin edən cümhuriyyətimiz Türk Dünyasında və müsəlman Şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük uğurlara imza atıb. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyet o cümlədən milli ordu, milli pul, demokratikləşmə, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycanın istiqlalının rəsmən tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və ümumiyyətlə, bu gün özlərini modern sayan ölkələrin bir çoxunun hələ də təmin edə bimədiyi demokratik şəraiti 91 il bundan əvvəl edib. Xalq Cümhuriyyətinin rəsmi surətdə tanıyan ilk dövlət – qardaş Türkiyə, yəni Osmanlı imperiyası olub. Təəssüflər olsun ki, Azərbycan Xalq Cümhuriyyəti iki yaşına dolmadan bolşevik Rusiyası tərəfindən devrildi. Ancaq Məhəmməd Əmin Rəsulzadənin ”Bir kərə yüksələn bayraq bir daha enməz!” kəlamı özünü bir daha doğrultdu və 1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi.
Dünya Azərbaycanlıları Konqresi (DAK) olaraq 28 May Respublika Günü münasibətilə 50 milyondan çox Azərbaycan türkünü səmimi qəlbdən təbrik edir, sizlərə uzun ömür, cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq. Uğur, yüksəliş, sülh, əmin-amanlıq başımızdan əksik olmasın!

Bayramınız mübarək!

DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə

DAK İdarə Heyətinin üzvləri və fəalları

Həmçinin bax!

DAK güneyli vəkil Saleh Kamraniyə başsağlığı verir

Güney Azərbaycan Milli Hərəkatı fəallarının hüquqlarını müdafiə etdiyinə görə fars şovinist rejiminin təqib və təzyiqlərilə ...

Kommentera