Ev / İnformasiya / Digər məlumatlar / DAK 18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edir

DAK 18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edir

Image 1988-ci ildə Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin başçılığı altında Quzey Azərbaycanda istiqlal hərəkatı başladı. Ancaq Azərbaycanımızın azadlığa və bütövlüyə gedən yolunun qarşısını almaq üçün Sovet Rusiyası 1990-cı il yanvarın 20-də Bakıya qoşun yeritdi. Rus hərbçiləri əliyalın camaatın üzərinə atəş açaraq qanlı faciə törətdi. Lakin buna baxmayaraq, baş verən hadisə xalqın gözünü qorxutmadı, əksinə azadlıq istəyini daha da alovlandırdı. Nəticədə 1991-ci il avqustun 30-da Azərbaycan Ali Soveti 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadə və digər ziyalıların ciddi səyi nəticəsində qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının bəyannaməsinə əsaslanaraq, Azərbaycan Respublikasının istiqlaliyyəti haqda yeni bəyannamə qəbul etdi. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti ”Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edərək, Azərbaycanın dövlət müstəqilliyini rəsmiləşdirdi. Beləliklə, 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlaliyyəti rəsmi sənədlərdə də öz təsdiqini tapdı.
Dünya Azərbaycanlıları Konqresi (DAK) 18 oktyabr Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edir, Güney Azərbaycanı istiqlaliyyətə aparan yolda soydaşlarımıza qələbə diləyir!

DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə

DAK İdarə Heyətinin üzvləri və fəalları

Həmçinin bax!

DAK rəhbərliyi Əbülfəz Elçibəyin məzarını ziyarət etdi

24 iyun 2009-cu il tarixində Dünya Azərbaycanlıları Konqresinin (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə, DAK ...

Kommentera