Ev / Xəbərlər / Siyasi xəbərlər / Çin uyğurlar haqqında yazan fransalı jurnalisti ölkədən çıxarır

Çin uyğurlar haqqında yazan fransalı jurnalisti ölkədən çıxarır

Çin hakimiyyəti Sincan uyğurlarına dair ölkənin siyasəti barədə tənqidi məqalə yazan fransalı jurnalistin akkreditasiyasını uzatmayıb.

www.D-A-K.org –un “BBC”yə istinadən məlumatına görə, L’Obs dərgisinə işləyən Ursula Gauthier-in Çində işləmək icazəsi bu ilin sonunda tamamlanır. Əcnəbi müxbirin ölkədən xaric edilməsi halı sonuncu dəfə 2012-ci ildə baş verib.

Çin bildirir ki, Ursula Gauthier-in Sincanla bağlı yazdığı məqalə insanların ölümünə səbəb olan “terrorçuluq və vəhşilik” aktlarına bəraət qazandırır.

Hökumətin iradlarını “cəfəng” adlandıran fransalı müxbir deyib ki, Çin xarici jurnalistlərin sərbəst fəaliyyətini əngəlləmək məqsədini güdür.

Çinin addımı Fransa Xarici İşlər Nazirliyi və mətbuat azadlığı üzrə “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı tərəfindən tənqid olunub.

Çin Sincandakı təlatümlərdə xarici əlaqələrə malik islamçı eskstremistləri təqsirləndirir. Lakin yerli fəallara əsasən zorakılıq uyğurların milli və dini zəmində təqiblərə cavab reaksiyasıdır.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016