Ev / Həmsədrlər / Fəaliyyət və məlumatlar / Cavad xan” Tehranda nəşr olunub

Cavad xan” Tehranda nəşr olunub

DAK həmsədri Sabir Rüstəmxanlının ssenarisi fars dilində dərc edilib

Image Bir müddət öncə Azərbaycan Milli Kino Günündə tamaşaçılara təqdim olunan ”Cavad xan” filminin populyarlığı ölkə xaricində yayılmaqdadır. www.D-A-K.org -a daxil olan məlumata görə, rus imperializminə qarşı qəhrəmanlıqla vuruşan Azərbaycan türklərinin xalq qəhrəmanı, Gəncə hakimi Cavad xanın həyatına və mübarizəsinə həsr olunmuş ssenari İran adlanan yerdə, Tehranın ”Tək deraxt” (türkcədə ”Tək ağac”) nəşriyyatında eyni adla ”Cavad xan” kitabı kimi nəşr olunub.

Kitabda çar Rusiyasının Azərbaycana qarşı imperialist siyasəti və cavad xanın öz yurdunu qorumaq əzmi əks olunub. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının ssenarisi əsasında çəkilmiş filmdə türklük və Azərbaycanın istiqlalı ruhuna qısqanclıqla yanaşan naşirlər bu mətləbləri nəzərə almasalar da, Vətənimizin həm Güneyində, həm də Quzeyində əsl xalq qəhrəmanı kimi tanınan Cavad xan haqqında buraxılmış nəşr diqqəti cəlb edir.

Həmçinin bax!

DAK həmsədri Sabir Rüstəmxanlının Milli Məclisdəki oktyabrın 20-dəki çıxışı qardaş Türkiyənin ”Hürriyyət” qəzetində!

Azerbaycan’da Türk bayrağı yeniden yükseldi Türkiye ile Azerbaycan arasında çıkan ”bayrak krizi” çözülüyor… Türk bayrakları, ...

Kommentera