Ev / Xəbərlər / Güney Azərbaycan / Cavad Fəthinin ailəsi təhdid olunub

Cavad Fəthinin ailəsi təhdid olunub

İran adlanan yerdə Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə aparan Cavad Fəthinin ailəsi təhdidə məruz qalıb. www.D-A-K.org –un “Media forum”a istinadən yaydığı məlumata görə, ETTELAAT-ın Şəbüstər şöbəsinin əməkdaşları yanvarın 25-i, 26-sı və 27-də Cavad Fəthini tutmaq üçün onun atası evinə gəliblər. Cavad özü evdə olmayıb. Onun yerini öyrənmək üçün ailəsinə, eləcə də yaşlı xəstə anasına təzyiq göstərilib, təhqir və təhdidlər edilib. ETTELAAT əməkdaşları azərbaycanlı fəalın anasını təhdid edərək deyiblər ki, Cavad Fəthi milli zəmində apardığı fəaliyyəti ilə bağlı ifadə vermək üçün ETTELAAT şöbəsinə gəlməlidir, əks təqdirdə onlara qarşı ciddi tədbir görüləcək. Evdə yoxlama aparan ETTELAAT əməkdaşları onların kobud rəftarına etiraz bildirdiyinə görə Cavad Fəthinin ailə üzvlərinə, eləcə də anasına qarşı nalayiq ifadələr işlədiblər. Cavad Fəthi hökumətin Urmiya gölünün qurumasına laqeyd münasibətinə etiraz olaraq keçirilən toplantılara qatıldığına görə indiyədək bir neçə dəfə tutulub və hər dəfə mülk girovu qarşılığında azadlığa buraxılıb.

Həmçinin bax!

Oğuz TV

Oğuz xəbər – 18 Yan 2016

       

Kommentera