Ev / Xəbərlər / Siyasi xəbərlər (Səhifə 324)

Siyasi xəbərlər

Güneyli ziyalılar birgə bəyanat yayıblar

”Azərbaycan 700″ adlı sənəddə İran rejiminin repressiya siyasəti pislənilir Güney Azərbaycanın bir qrup ziyalısı İran rejiminin son hərəkətlərilə bağlı birgə etiraz bəyanatıyla çıxış edib. ”Azad Təbriz” xəbər saytının məlumatına görə, yüzlərlə milli fəalın imzaladığı açıq məktubda İranda azərbaycanlı tələbələr, jurnalistlər, yazarlar və insan haqları fəallarına qarşı təqiblər pislənilir. Bəyanat müəllifləri ...

Daha ətraflı

Elçibəy yenə də yüksəkdə durur

Avqustun 22-si Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia, Daimi Şuranın sədri Əjdər Tağızadə, Məşvərət Məclisinin sədri akademik Əlyar Səfərli, DAK İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının, Məşvərət Məclisinin, Gənclər Təşkilatının, Qadınlar Şurasının üzvləri, DAK fəalları milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının 8-ci ildönümü münasibəti ilə Fəxri Xiyabana toplaşmışlar.

Daha ətraflı

Abbas Lisani azadlığa buraxıla bilər

Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından biri olan Abbas Lisani barəsində Ərdəbil şəhər Polis İdarəsinin qaldırdığı məhkəmə iddiası təmin olunmayıb. Coydaşımızın vəkili Məhəmmədrza Fəqihi bildirib ki, bir müddət əvvəl Ərdəbil şəhər Polis İdarəsi 2006-cı ilin may hadisələri zamanı qurumun inzibati binasına hücumun Abbas Lisani tərəfindən təşkil olunduğu iddiasıyla yerli məhkəməyə ...

Daha ətraflı

Üç milli fəal həbsxanaya aparılıb

İki aydan artıqdır ki Təbriz Universitetinin tələbələri və milli fəallar ETTELAAT məmurları tərəfindən həbs edilib, ağır işgəncə və təzyiqlərə məruz qalmaqdadırlar. Həbs olunan soydaşlarımız bugünə qədər heç bir vəkillə təmin edilməmiş, hətta ailələri və yaxınları ilə də görüşməyə imkan verməmişlər. 23 sentyabr 2008-ci il tarixində ETTELAAT məmurları Təbriz Universet tələbəsi ...

Daha ətraflı

Güney Azərbaycanda hərbi vəziyyət hökm sürür

Sentyabrın 23-ü (1 Mehr) İranda yeni dərs ilidir. Yəni fars şovinist rejiminin qeyri-fars millətlərinə qarşı assimilyasiya siyasətinin başlandığı gündür. Azərbaycan türkləri yenə də məktəblərdə fars dilində oxumaq məcburiyyətində qaldılar. ” hazırda Güney Azərbaycan şəhərlərində hərbi vəziyyət hökm sürür. Bölgənin parkları polislər, hərbçilər və mülki geyimli təhlükəsizlik qüvvələrilə doludur. Bu da ...

Daha ətraflı

Həsən Əsədi 6 ay həbsə məhkum olundu

Güney Azərbaycan Milli Hərəkat fəallarından olan Həsən Əsədi Təbriz İnqilab məhkəməsi tərəfindən 6 ay müddətinə azadlıqdan məhrum edilib və Təbriz həbsxanasına yerləşdirib. İnqilab məhkəməsi Həsən Əsədini hakimiyyət əleyhinə təbliğ, pantükist təşkilatlarla əməkdaşlıqda itiham edib. Xatırladaq ki, Həsən Əsədi 2006-cı ildə Ərdəbil həbsxanasının qarşısında Abbas Lisaninin həbsinə qarşı etiraz aksiyasında iştirak ...

Daha ətraflı

Milli hərəkatçılar Evin həbsxanasına köçürüldülər

İran rejimi güneyli hərəkatçılara qarşı repressiv tədbirlərə ara vermir. İki gün əvvəl Kərəc şəhərində azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan Həsən Rəhimi həbs edilib. Hüquq müdafiəçisi Tehranda əmniyyət orqanları tərəfindən yaxalanıb. 6 hərəkatçı tələbənin hüquqlarını qoruyan H.Rəhimi istintaq materiallarını yaymaqda ittiham olunur.

Daha ətraflı

ASMEK Güney Azərbaycanda son həbslər barədə hesabat yayıb

Tehranda Güney Azərbaycan Milli Hərəkatın tanınmış nümayəndələrindən olan, siyasi məhbus Abbas Lisaninin ailəsi şərəfinə verilən iftar qonaqlığında həyat yoldaşı Rüqəyyə Lisani və övladları Sevda, Attila və Oхtay da daхil olmaqla 20-yə yaхın azərbaycanlının həbsə alınması diqqətləri Güneyə yönəldib. Həbsə alınanların Güney Azərbaycanın tanınmış yazar, yurnalist, tələbə və mədəni fəalları olması ...

Daha ətraflı

Həsən Raşidinin ailəsinə təzyiq edilir

Tehranda keçirilən iftar süfrəsi zamanı həbs edilmiş Milli Hərəkat fəalı Həsən Raşidi hazırda işgəncələrlə ad çıxarmış Evin həbsxanasında saxlanılır. Daxil olan məlumata görə, təhlükəsizlik qüvvələri hərəkatçının doğmalarına qarşı da təzyiqlər edirlər. Sentyabrın 22-də ETTELAAT qüvvələri hərəkatçının evinə hücum edərək ailəsinə təzyiqlər ediblər. Ailə üzvləri sorğu-suala çəkilib, hərəkatçının şəxsi əşyaları axtarılıb.

Daha ətraflı

Güneydə vərəqələr yayılıb

Sentyabrın 22-də İranda Bilik günüdür, dərslər başlanır. Sayı 35 milyonu ötən, İran əhalisinin yarıdan çoxunu təşkil edən Güney Azərbaycan türkləri bu il də ana dilində təhsil ala bilməyəcəklər. Buna görə də Güney Azərbaycan Milli Hərəkatı xalqı məktəbləri boykot etməyə çağırıb. Daxil olan məlumata görə, bu məqsədlə Tehranda, Təbrizdə və digər ...

Daha ətraflı