Ev / Xəbərlər / Siyasi xəbərlər (Səhifə 323)

Siyasi xəbərlər

”ABŞ Azərbaycan suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”

Con Neqroponte: ”Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həll olunmasında Azərbaycana indi həmişə olduğundan daha artıq yardım etmək istəyir” Bu yaxınlarda ABŞ dövlət katibinin müavini Con Neqroponte Azərbaycana rəsmi səfər edib. O, səfərin təfərrüatlarıyla bağlı açıqlamasında bildirib ki, Birləşmiş Ştatlar və Azərbaycan bir sıra məsələlərdə vacib maraqları bölüşür və ...

Daha ətraflı

İran rejimi güneyli tələbəni həbs edib

Güney Azərbaycan Milli Hərəkatının daha bir gənc fəalı – Şəbüstər şəhər Azad Universitetinin İnformatika fakültəsinin tələbəsi, 23 yaşlı Səməd Mollaqulu həbs edilib. ”BayBak”ın məlumatına görə, ”Ettelaat”ın Təbriz idarəsinin əməkdaşları oktyabrın 6-da milli fəalı atasının mənzilində yaxalayıblar. Hətta İran təhlükəsizlik qüvvələri evdə geniş yoxlama da aparıblar. Tələbənin kompüteri, kitabları, əlyazmaları və ...

Daha ətraflı

Dörd soydaşımız azadlığına qovuşub

üç milli fəalın isə sərbəst buraxılması barədə qərar çıxarılıb Urmiya şəhər həbsxanasında saxlanılan üç güneyli məhbusun şərti olaraq azadlığa buraxılması barədə qərar çıxarılıb. ”Azad Təbriz” xəbər saytının məlumatına görə, azad ediləcək şəxslərin Vahid Bahaduri, Arif Ulufi və Huşəng Nəğızadə olduğu bildirilir. ”Salam-Demokrat” və ”Oyrenci” vebsaytları isə xatırladır ki, bu məhbuslar ...

Daha ətraflı

Milli fəaldan xəbər yoxdur

Güney Azərbaycan Milli Hərəkatının fəalı Peyman Bəşirinin durumundan heç bir xəbər yoxdur. Bir ay öncə ”Ettelaat”ın Təbriz şöbəsinin əməkdaşları gecə saatlarında milli fəalın evinə basqın edərək onu və anasını həbsə alıblar. 24 saat sonra soydaşımızın anası buraxılsa da, bu günə qədər Peyman Bəşirinin vəziyyətindən heç bir xəbər yoxdur. Anasının verdiyi ...

Daha ətraflı

İSESKO Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Bu gün Bakıda İslam ölkələrinin təhsil və elm tədqiqat nazirlərinin 4-cu beynəlxalq konfransı öz işinə başlayıb. Elmdə gənc alimlərin gücü ilə dəyişiklərə nail olunması mövzusunda keçirilən bu konfransda İslam konfrans təşkilatına (İKT) üzv olan 41 ölkənin 200 dən artıq nümayəndəsi və 15 ölkənin təhsil naziri iştirak edir. ”Biz Azərbaycanın ərazi ...

Daha ətraflı

Sergey Lavrov: ”Qafqazdakı vəziyyətdə İrəvan öz zəifliyini və həssaslığını başa düşür, buna görə də Qarabağ probleminin tezliklə həllini istəyir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Rossiyskaya qazeta»ya müsahibə verib və Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münasibətləri, ABŞ-ın vitse-prezidenti R.çeyninin Bakı və Tiflisə səfərləri, Türkiyə prezidentinin İrəvana getməsi və ABŞ-da baş verən hadisələrə dair sualları cavablandırıb. Müxbirin son vaxtlar Qafqazda mühüm hadisələrin baş verməsi, Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin ...

Daha ətraflı

Qoran Lenmarker: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yeni istiqamətlərin tapılması vacibdir”

ATƏT Parlament Assambleyasının Cənubi Qafqazda münaqişələr üzrə xüsusi məruzəçisi Qoran Lenmarker bu gün Moskvaya gedəcək. Bu barədə APA-ya açıqlama verən Qoran Lenmarker bildirib ki, səfər çərçivəsində Rusiya Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ və Cənubi Osetiya münaqişələri ilə bağlı müzakirələr aparmaq niyyətindədir: ”İndiki situasiyada bu münaqişələrin nizamlanması üçün yeni istiqamətlərin tapılması ...

Daha ətraflı

ABŞ PKK-nın yox olmasını istəyir

ABŞ Dövlət Departamentinin sözçüsü Robert Vood PKK-nın terror təşkilatı olduğunu bildirib. Lent.az-ın məlumatına görə, Robert Vood keçirdiyi gündəlik mətbuat konfransında qeyd edib ki, ABŞ bu terror təşkilatının bir gün aradan götürüldüyünü görmək istəyir. PKK terrorçularının 17 türk hərbçisinin şəhid olması ilə nəticələnən son hücumuna münasibət bildirən Departament təmsilçisi ”PKK terror ...

Daha ətraflı

Milli fəallar Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb

Oktyabrın 2-də Güney Azərbaycan Milli Hərəkatının 6 fəalı – Əsgər Əkbərzadə, Behruz Əlizadə, Ərdəşir Kərimi, Hüseyn Hüseyni, Vədud Səadəti və Rəhim Qulami Ərdəbil İnqilab Məhkəməsinə çağırılıblar. Onlar Güney Azərbaycan türklərinin milli və mədəni haqlarını tələb etməkdə günahlandırılırlar. Soydaşlarımızın məhkəmə iclasını oktyabrın 4-də Ərdəbil İnqilab Məhkəməsində hakim Ətayi keçirəcək.

Daha ətraflı

Tehranda tələbələrin aksiyası vəhşicəsinə dağıdılıb

İranın hüquq-mühafizə qüvvələri üç ildir təhsildən məhrum edilmiş tələbələrin oktyabrın 5-də parlamentin binası qarşısında keçirdiyi etiraz aksiyasını vəhşicəsinə dağıdıb. Tehran şəhərinin Baharistan meydanında toplaşan keçmiş tələbələr təhsil hüquqlarının bərpa olunmasını tələb ediblər. Əllərində üzərində ”Bizim günahımız dissident olmağımızdır!”, ”Biz universitetə qayıdacağıq!” şüarları yazılan və İran Konstitusiyasının 23-cü maddəsini əks etdirən ...

Daha ətraflı