Ev / Xəbərlər / Mədəniyyət (Səhifə 28)

Mədəniyyət

Təbrizdə Azərbaycan musiqisi səsləndiriləcək

Aprelin 14-16-da Güney Azərbaycanın başkəndi Təbriz şəhərində Azərbaycan musiqisi səsləndiriləcək. www.D-A-K.org -un GünAzTV-yə istinadən yaydığı məlumata görə, ”Barış” Azərbaycan musiqi qrupu şəhərin Petroşimi zalında möhtəşəm konsert proqramıyla çıxış edəcək. Konsert yerli vaxtla saat 20.00-da başlayacaq.

Daha ətraflı

“Traktor” – “Perspolis” görüşündə elektron biletlərdən istifadə olunacaq

Güney Azərbaycanın başkəndi Təbriz şəhəri bir ilkə imza atır. www.D-A-K.org -a daxil olan məlumata görə, İran adlanan yerin futbol üzrə ölkə çempionatında çıxış edən ”Traktor” komandasının Tehranın ”Perspolis” klubuyla görüşündə elektron biletlər istifadəyə veriləcək. Artıq bu müsabiqəni izləmək üçün tamaşaçılar elektron biletlər ala bilərlər.

Daha ətraflı

Tanınmış güneyli yazar Vali Gözətənin 4 kitabı işıq üzü görüb

Güney Azərbaycanın tanınmış yazarlarından olan Vali Gözətənin son 20 ildə yazdığı 9 kitabı əhatə edən bir neçə kitabı işıq üzü görüb. www.D-A-K.org -a daxil olan məlumata görə, kitablardan 2-si şeir, biri proza, digəri isə esselərdən ibarətdir. ”İkilər” adlı şeir kitabı ”Hə” ilə ”Q.Q.Biçimlər” kitablarını, ”üçlər” adlı şeir kitabı ”Yeni Dalğa ...

Daha ətraflı

”Biz dünyada tək deyilik, “Traktor”la həmrəyik!”

Almaniyada yaşayan soydaşlarımız Nekar çayına bir bardaq su tökərək Urmiya gölünün quruma təhlükəsini yerli ictimaiyyətin diqqətinə çatdırıblar Aprelin 3-də isə Türkiyədə yaşayan soydaşlarımız Gölbaşına toplaşacaqlar Martın 27-də Almaniyanın Haydelberq şəhərində yaşayan bir qrup soydaşımız havanın çox tutqun və şiddətli yağış yağmasına baxmayaraq, ”Biz dünyada tək deyilik, ”Traktor”la həmrəyik!” şüarıyla Nekar ...

Daha ətraflı

Araz Elsəs İstanbulda konsert verib

Güney Azərbaycanın tanınmış ozanı Araz Elsəs İstanbulda konsert verib. www.D-A-K.org -a daxil olan məlumata görə, martın 26-da Novruz Bayramı münasibətilə keçirilən tədbirə çox sayda soydaşımız və Anadolu türkləri qatılıb. Konsert Zübeydə Xanım Kültür Mərkəzində keçirilib. Konsert zamanı güneyli ozan İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan ...

Daha ətraflı

“Dərbəndnamələr” adlı kitab işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Azərbaycan tarixinin ayrılmaz hissəsi, qədim Dərbənd şəhərindən bəhs edən dörd əlyazmanı və bir daşbasmanı ”Dərbəndnamələr” adlı kitabda nəşr etdirib. www.D-A-K.org -un SİA-ya istinadən yaydığı məlumata görə, kitabda 5 min ildən artıq tarixi olan Dərbəndin ərəb xilafəti dövrü əksini tapıb.

Daha ətraflı

”Laçın” dərgisinin xüsusi sayı işıq üzü görüb

”Laçın” dərgisinin ”Dil” adlı xüsusi sayı işıq üzü görüb. www.D-A-K.org -a daxil olan məlumata görə, kitab şəklində nəşr olunan bu xüsusi sayıda elmi və şifahi dil ilə bağlı yazılmış məqalələrə, eləcə də bu mövzularda aparılmış müzakirələrə yer verilib. Dərgidə oxucular ”Türkcəmizdə düşünək”, ”Elmi dil”, ”Türkcəyə yeni kəlmə qazandırmaq yolları”, ”Siyasi ...

Daha ətraflı

Bu gün ilaxır çərşənbədir

Naxçıvanda, Təbrizdə, Ərdəbildə ilaxır çərşənbəyə ”Yeddi ləvin” bayramı da deyilir Bu gün ilaxır çərşənbələrdən dördüncüsü – torpaq çərşənbəsidir. www.D-A-K.org -a daxil olan məlumata görə, son çərşənbə torpağın oyanması, ana torpağın yatmış ağacların köklərini isitməsilə bağlıdır. Əvvəlki üç çərşənbədə olduğu kimi, ilaxır çərşənbədə də tonqal qalanır. Lakin bu çərşənbə digərlərindən xüsusi ...

Daha ətraflı

Araz Elsəs İstanbulda konsert verəcək

Güneyli ozan Araz Elsəs martın 26-da Türkiyənin İstanbul şəhərində konsert verəcək. www.D-A-K.org -un ”Mediaforum”a istinadən yaydığı məlumata görə, bu barədə o özü məlumat verib. Hazırda İsveçdə yaşayan Araz Elsəs 1971-ci il noyabrın 27-də Güney Azərbaycanda anadan olub. ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasında yaşayıb. 1997-ci ildə Norveçə, 2000-ci ildə isə ...

Daha ətraflı

Fars şovinist rejimi Nizami Gəncəvidən əl çəkmir

Rəsmi Tehran Londonda baş verənlərdən qəzəblənib İran adlanan yerin hökumətyönlü ”Mehr” informasiya agentliyi martın 9-da rəsmi Bakını Azərbaycanın dahi şairi Nizami Gəncəvini mənimsəməkdə günahlandırıb. www.D-A-K.org -un ”Mediaforum”a istinadən yaydığı məlumata görə, agentliyin yaydığı ”İran adlanan yerin dahilərinin Azərbaycan Respublikası tərəfindən müsadirə olunması davam edir” başlıqlı materialda deyilir:

Daha ətraflı