Ev / Xəbərlər / Mədəniyyət (Səhifə 20)

Mədəniyyət

Sabah İzmirdə ”Azərbaycan Novruz Festivalı”na start verilir

camalmehmetxanoqlu

Türkiyənin İzmir şəhərində 4-cü dəfə ”Azərbaycan Novruz Festivalı” keçiriləcək. İzmir-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlunun www.D-A-K.org –a verdiyi məlumata görə, festivalda 3 möhtəşəm tədbir düzənlənəcək. Belə ki, martın 19-da saat 19:30-da doktor Səlahəddin Akçiçek Mədəniyyət Mərkəzində Bakı gecəsi təşkil olunacaq.

Daha ətraflı

Bu gün İlaxır çərşənbədir

od cershenbesi

Bu gün ilaxır çərşənbələrdən dördüncüsü – torpaq çərşənbəsidir. www.D-A-K.org –un məlumatına görə, son çərşənbə torpağın oyanması, ana torpağın yatmış ağacların köklərini isitməsi ilə bağlıdır. Əvvəlki üç çərşənbədə olduğu kimi, ilaxır çərşənbədə də tonqal qalanır. 

Daha ətraflı

”Traktor” İsfahandan bir xalla döndü

traktor

Martın 6-da İran adlanan yerin futbol üzrə ölkə çempionatının 25-ci həftəsi çərçivəsində Təbrizin ”Traktor” komandası İsfahanın ”Zob Ahən” klubunun qonağı olub. www.D-A-K.org -a daxil olan məlumata görə, Fuladşəhr stadionunda keçirilən qarşılaşmada 90 dəqiqə ərzində tərəflər bir-birinin qapısına yol tapa bilməyiblər. 

Daha ətraflı

Güneyli qadınlarımızın hüquqlarıyla bağlı sayt fəaliyyətə başlayıb

qadinsayti

8 Mart Ümumdünya Qadınlar Günü münasibəti ilə azərbaycanlı qadınların hüquqları uğrunda fəaliyyət göstərəcək internet saytı işə başlayıb. www.D-A-K.org –un GünAzTV-yə istinadən yaydığı məlumata görə, “Qadın” internet saytı ingilis, fars və Azərbaycan türkcəsi (latin və ərəb əlifbasında) dillərində fəaliyyət göstərəcək. 

Daha ətraflı

Hollandiyada Novruz bayramı olacaq

savalanqrupu

“Savalan” mistik musiqi qrupu Hollandiyada keçiriləcək Novruz törənində iştirak edəcək. www.D-A-K.org –un Qafqazinfo.az -a istinadən yaydığı məlumata görə, bu haqda “Savalan” musiqi qrupunun rəhbəri, Azərbaycan Opera və Balet Teatrının aktyoru Novruz Novruzlu xəbər verib. 

Daha ətraflı

“İran türklərinin əski tarixi”

zehtabi-kitab

Məhəmmədtağı Zehtabinin Türkiyədə nəşr olunub Mərhum azərbaycanlı professor Məhəmmədtağı Zehtabi (Kirişci) ölünmsüz əsəri olan “İran türklərinin əski tarixi” adlı kitabı Türkiyə türkcəsinə uyğunlaşdırılaraq nəşr olunub. www.D-A-K.org –a daxil olan məlumata görə, bu kitabı nəşrə tarixçi Fərhad Rəhimi hazırlayıb.

Daha ətraflı

“Dağ” dərgisinin üçüncü sayı çıxıb

daq dergisi

Fars şovinist rejiminin müxtəlif universitetlərdə azərbaycanlı tələbələrə qarşı tətbiq etdiyi təzyiq soydaşlarımızın çıxış yolları axtarmasına səbəb olub. www.D-A-K.org –un GünAzTV-yə istinadən yaydığı məlumata görə, ali təhsil müəssisələrində dərginin nəşr olunmasında ortaya çıxan maneələrlə üzləşən azərbaycanlı tələbələr müxtəlif yollarla bu boşluqları doldurmağa çalışırlar. 

Daha ətraflı

Araz Elsəs Bakıda konsert verəcək

arazelses

Konsert ”Monte Karlo” şadlıq sarayında olacaq  Avropada yaşayan Türk Dünyasının tanınmış ozanı Araz Elsəs Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində konsert verecək. www.D-A-K.org –a daxil olan məlumata görə, konsert Ərgənəkon (Novruz) bayramı ərəfəsinə təsadüf edəcək.   

Daha ətraflı

Türkmən mütəfəkkiri və şairi Nurməhəmməd Əndəlibin kitabı Azərbaycan türkcəsinə çevrilib

nurmehemmedendelib

Bakıda türkmən mütəfəkkiri və şairi Nurməhəmməd Əndəlibin Azərbaycan türkcəsində çap olunmuş kitabının təqdimatı keçirilib. www.D-A-K.org –un “Trend”ə istinadən yaydığı məlumata görə, kitabın təqdimatı çərşənbə günü Mirzə Fətəli Axundov adına kitabxanada şairin 350 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində Azərbaycan və türkmən filoloq-alimlərinin iştirakı ilə keçirilib. 

Daha ətraflı